Twitter-in qurucusu Instagram hesabını sildi

Twitter-in qurucusu Jack Dorsey 12 il istifadə etdiyi Instagram hesabını sildiyini açıqlayıb. Qeyd edək ki, Dorsey Instagram-ın ilk istifadəçilərindən və hətta mələk investorlarından biri olub. Jack Dorsey izləyicilərdən gələn suallara cavabında WhatsApp istifadə etmədiyini də bildirib.

Onun bu paylaşımına Elon Musk-dan cavab gecikməyib.

Steam Deck-in rəqibi “Lenovo Legion Go”nun görüntüləri sızıb

Lenovo-nun portativ oyun konsolunun görüntüləri təqdimatdan əvvəl özünü göstərib. Lenovo çox yaxın zamanda Legion Go ilə Steam Deck-in qarşısına çıxacaq. Sızdırılan görüntülərə görə, Lenovo-nun portativ konsolu Steam Deck Asus ROG Ally ilə çox oxşardır. Digər tərəfdən, görüntülərə əsasən, Legion Go-nun Nintendo Switch ilə çox ortaq cəhətlərinin olduğunu görürük.

Elektrikli avtomobil sahibləri üçün Google Xəritəyə yeniləmələr gəlib 

Google Haritalar, elektrikli araç sahiplerine benzin istasyonlarını göstermeyecek

Araşdırmalar qlobal elektrikli avtomobil satışlarının ümumi avtomobil bazarında 19 % paya sahib olduğunu göstərir. Getdikcə istifadəsi artan elektrik avtomobilləri üçün Google Xəritə yenilik ilə gəlib. Bildirilib ki, artıq elektrikli avtomobil istifadəçiləri "Android Auto" üçün Google Xəritədə yanacaqdoldurma məntəqələri əvəzinə elektrik (şarj) doldurma məntəqələrini görəcəklər.

Bəzi funksiyalar iOS 17-nin buraxılışı ilə dərhal əlçatan olmayacaq  

iOS 17: New features, release date, beta, and more - 9to5Mac

Apple şirkəti WWDC 2023 tədbirində yeni nəsil əməliyyat sistemlərini təqdim etdi. Sentyabr ayında iPhone 15-in təqdimatı ilə iOS 17 iPadOS 17 kimi əməliyyat sistemləri ümumi istifadədə olacaq. Ancaq ortaya çıxan xəbərlərə görə, iOS 17 natamam bir çıxış edəcək. Şirkət bu xüsusiyyətləri sonrakı yeniləmələrlə istifadəçilərə təqdim edəcək.

Bu funksiyalar hansılardır?

Jurnal proqramı

Apple's new journaling app turns your iPhone into a digital diary - The  Verge

İnternet üzərindən AirDrop

How to AirDrop Photos and Files (And Stop People From Sending Unsolicited  Pics) | PCMag

Apple Watch / NameDrop

NameDrop Support for Apple Watch Found in watchOS 10 Beta 5 - MacRumors


Otel otaqlarında AirPlay

LG Announces AirPlay Integration for Hotel Room TVs in Upcoming Release


Collaborative Apple Music playlists

Apple Music: Features, Devices, Pricing, Lossless, and more

Qanun təsdiqləndi! Taksilərə taksometr quraşdırılacaq

700+ Taxi Meter Stock Photos, Pictures & Royalty-Free Images - iStock | Taxi  meter icon

Ölkədə taksi kimi istifadə olunan avtomobillərə taksometr quraşdırılacaq. “Qafqazinfo” xəbər verir ki, Prezident “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Qanuna əsasən, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gedişhaqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Posted 
Aug 18, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All