Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Reddit"in loqosu dəyişdi: Simvolik maskot Snoo indi üçölçülüdür!

"Reddit" rebrendinq etməyə başlayıb. Əvvəlki loqoda qırmızı fonda platformanın robot maskotu Snoo görünürdü. Təxmin edildiyi kimi, bu vəziyyət yenə dəyişməyib. Şirkət eyni rəng və Snoo istifadə etməyə davam edir. Bununla belə, robot maskotunun indi üçölçülü dizaynı var. "Reddit"in yeni loqotipindəki yeganə dəyişiklik Snoo-nun üçölçülü təsviri deyil. Şirkət eyni zamanda "Reddit" ifadəsindəki "d" hərfini də dəyişib.

2023-cü ilin xülasələri "YouTube Music" üçün də paylaşılıb

YouTube Music 2023 Recap

"Apple Music""Spotify"dan sonra indi də "Youtube Music" illik xülasə siyahısını təqdim edib. Siyahıya daxil olmaq üçün Android və ya iOS-da proqramın "Xülasəniz" seçiminə daxil olmaq lazımdır. Burada ən çox dinlədiyiniz mahnılar, albomlar və ifaçılar sizə təqdim olunur. Eyni zamanda, keçən ildən fərqli olaraq istifadəçilər üçün xüsusi albom vizualı da yaradılıb.

"DALL-E 3" "Paint"ə əlavə ediləcək

Paint'e DALL-E 3 Ekleniyor: Metinden Görüntü Oluşturmak Artık Bir Tık Uzağınızda!

"Microsoft" yeni Windows 11 yeniləməsi ilə DALL-E 3 süni intellekt alətinin "Paint"ə əlavə ediləcəyini açıqlayıb. OpenAI-nin DALL-E 3 modeli ilə təchiz edilmiş aləti əvvəllər yalnız Windows Insider istifadəçiləri üçün əlçatan idi. "Windows Central"ın qeyd etdiyi kimi, Microsoft indi Paint-də yeni Cocreator funksiyasını hamı üçün geniş şəkildə əlçatan edir və bütün istifadəçilərə mətndən şəkillər yaratmaq imkanı verir.

"Google" 2023-cü ilin ən yaxşı Android proqram və oyunlarını açıqladı

"Google" bu gün rəsmi açıqlaması ilə 2023-cü ilin ən yaxşı Android proqram və oyunlarını açıqlayıb. 2023-cü ilin ən yaxşı multiplayer oyunu "Farlight 84", ən yaxşı gündəlik oyunu "Monopoly GO!", ən yaxşı müstəqil oyunu "Vampire Survivors", ən yaxşı hekayə oyunu isə "Honkai: Star Rail" seçilib. Stumbles Guys" isə ilin ən yaxşı davam edən oyunu olub.

Çox kiçik bir "PlayStation 5" versiyası istehsal edildi

"Not From Concentrate" Youtube kanalı tərəfindən paylaşılan videoda gördüyümüz üzrə inanılmaz dərəcədə kiçik "funksional" PS5 istehsal edilib. Yerə qənaət etmək üçün daha kiçik M.2 SSD-dən istifadə edən mini PS5 daha kiçik enerji təchizatına malikdir. Bu kiçik versiya Noctua tərəfindən imzalanmış fan tərəfindən soyudulur. Kiçilmiş PS5-in istilik səbəbiylə heç bir performans itkisi yaşamadığı bildirilib.

Posted 
Nov 30, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All