K

iberdələduzlar növbəti dələduzluq növünə əl atıblar. Belə ki, vətəndaşlar saxta veb-sayta yönləndirilərək onlardan qeydiyyatdan keçmək və ödəniş etmək tələb olunur. Dələduzların istifadə etdiyi saxta hiperlinkə (http://e-gov-portal.online/) daxil olan vətəndaşlardan müəyyən məlumatlar istənilir. Domen ünvanda “E-Gov” olması vətəndaşlarda çaşqınlıq yarada bilər və nəticədə onların daxil etdiyi məlumatlardan istifadə edən dələduzlar vətəndaşın hesabından pul vəsaiti çıxara bilər.

Dələduzların qurbanı olmamaq üçün vətəndaşları ehtiyatlı olmağa səsləyirik. Naməlum mənbələrdən göndərilən hiperlinklərin domen hissəsinə xüsusilə diqqət edilməlidir. “E-Gov” portalının domen ünvanının yalnız https://e-gov.az olduğunu vurğulamaq istərdik.

Bundan əlavə, göndərilən hiperlinklərin başlığında “HTTPS”, yəni Təhlükəsiz Mətn Göndərişi Əlaqə Protokolunun olmasına diqqət edilməlidir. Bu hiperlinklər təhlükəsiz hesab olunur. Dələduzların göndərdiyi hiperlinklər isə “HTTP”, yəni şifrələnməmiş, təhlükə yarada biləcək protokolla göndərilir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, qurum heç bir halda “E-Gov” domenindən istifadə edərək vətəndaşlardan onlayn ödəmə tələb etmir və mesajlarında hiperlink göndərmir.

Başqa bir xəbərdarlıq da Elektron Təhlükəsizlik Xidməti (ETX) - dən gəlib:

"Hal-hazırda vətəndaşların “Whatsapp” hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir".
"Qeyd olunanları nəzərə alaraq “Whatsapp” hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 qaynar xətti ilə əlaqə saxlamağınızı və ya reports@cert.az e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik".

Posted 
Jan 30, 2024
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All