"

Samsung” iyulun sonunda “Galaxy Z Fold 5”“Z Flip 5” telefonlarını təqdim edəcəyini təsdiqlədi. Həmişəkindən daha tez baş tutacaq bu tədbir Cənubi Koreyanın Seul şəhərində keçiriləcək və bununla da “Samsung” ilk dəfə öz ölkəsində “Unpacked” tədbirini keçirmiş olacaq. Hələ dəqiq tarix bilinməsə də, tədbirin iyulun 26-da baş tutacağı ehtimalı var.

Dust resistance rumored for both the Galaxy Z Fold 5 and Z Flip 5 -  SamMobile

WhatsApp” ilə HD foto göndərə biləcəyik

2023-cü ilin əvvəllərində “WhatsApp”ın 23.4.0.70 seriyalı iOS beta versiyasında tətbiqə HD şəkillər göndərmə funksiyasının gələcəyi deyilmişdi. İndi bu funksiyadan iOS (23.11.0.76)Android (2.23.12.13) üçün “WhatsApp”ın beta versiyalarından istifadə edən bütün istifadəçilər yararlana bilir. Şəkil göndərmək istəyərkən ekranın yuxarı hissəsində yeni “HD” seçimini görəcəyik. Ona toxunaraq şəklin standart keyfiyyətdə və ya “HD” keyfiyyətində göndərilməsini müəyyən edəcəyik.

“Twitter Blue”da olan redaktə funksiyasının vaxtı 1 saatadək uzadıldı

Twitter Blue subscribers are getting tweet editing feature

“Twitter Blue” abunəçiləri artıq 1 saat ərzində tvitlərini redaktə edə biləcəklər. Vaxtı yarım saatdan 1 saatadək artıran platforma, deyəsən, bu özəlliyi istifadəçilər üçün heç vaxt pulsuz etməyəcək. “Twitter”də CEO kimi artıq Elon Musk-ın deyil, L.Yaccarino-nun fəaliyyətə başladığını da vurğulamaq yerinə düşər. O, “NBCUniversal”da birgə çalışdığı Joe Benarroch ilə işə başlayıb.

Sərfəli yolsuzluq elektromobili “Honda Elevate” təqdim olundu

Honda's new small SUV revealed! 2023 Honda Elevate uncovered in India, but  will this VW T-Cross, Hyundai Kona rival come to Australia? - Car News |  CarsGuide

“Honda HR-V”“ZR-V” kimi kiçik yolsuzluq avtomobilləri adlandıra biləcəyimiz krosover modelləri ilə tanınır. Bu siyahıya “Elevate” də əlavə edildi. “Elevate” sərfəli qiymətə yolsuzluq avtomobili olmaqla yanaşı, eyni xüsusiyyətlərə malik elektromobildir. “Honda Elevate” əslində Hindistan bazarı üçün nəzərdə tutulub. Qiymətə gəlincə, hələlik heç bir xəbər yoxdur. Satışlara isə iyuldan etibarən başlanılacaq.

“Blizzard”ın ən tez satılan oyunu “Diablo 4” tarixdə yeni rekorda imza atdı

Here's The Exact Time 'Diablo 4' Launches And Everything You Need To Know —  Diablo IV Official Launch

“Blizzard” verdiyi rəsmi açıqlamada “Diablo 4”ün iyunun 1-də erkən başlayan çıxışdan bəri 93 milyon saatı və ya 10 000 ildən çox oyun oynama müddətini keçdiyini bildirib. Şirkət bu rekordun təfərrüatlarını açıqlamasa da, “Diablo 4”ün şirkət tarixində ən sürətli satılan oyun olduğunu xəbər verək. Oxşar uğur qazanan digər oyun isə ilk günündə 3,7 milyon satan “World of Warcraft: Shadowlands” idi.

“Samsung Galaxy F54” təqdim edildi. Bu da özəllikləri və qiyməti

Представлен смартфон среднего уровня Samsung Galaxy F54 5G с аккумулятором  на 6000 мАч - InfoCity

 Cihaz “Exynos 1380” çipsetindən qidalanacaq. Bu çiplə 120 Hz yeniləmə sürətinə malik 6,7 düymlük “AMOLED” ekran işləyəcək. Kamera hissəsində OIS dəstəyi ilə 108 MP-lik əsas kamera var. Bu kamera kombinasiyasını 8 MP-lik ultrageniş makromodullar tamamlayır. 32 MP-lik selfi kamerasına, 8 GB RAM256 GB yaddaşa sahib telefonun qiyməti 360 dollardan başlayacaq.

Posted 
Jun 8, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All