Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

DİN vətəndaşlara kibercinayətkarlarla bağlı müraciət edib

What is Cyber Security? - CG Technologies

Kibercinayətkarlar “O" hərfini böyük hərf, kiçik hərf və ya "0" rəqəmi, “I”-dan “i”, yaxud əksinə geniş istifadə edirlər. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə, bu, ilk baxışdan da anlaşılmır, real URL-dən fərqləndirməyi çətinləşdirir:

“Bunlar fişinq mesajlarda, saxta cəlbedici endirim kampaniyalarının keçid linklərində müşahidə olunur. Fişinq e-poçtlarına və mesajlarına daxil edilən URL-lər sizdən həddən artıq əlavə şəxsi məlumat daxil etməyi xahiş edir. Şəxsi məlumatlarınızı daxil etməyinizi tələb edən pəncərə görünür və arxa fon şəkli real saytla eyni görünür. Aldanmayın!”.

Google #BestPhonesForever reklam seriyasına yenisini əlavə edib

Google bu yaxınlarda təqdim etdiyi və satışa çıxardığı telefon modelləri üçün bir reklam çarxı yayımlayıb. #BestPhonesForever reklamları ilə iPhone və Pixel telefonları arasındakı fərqlər əyləncəli şəkildə izah olunub. Şirkət bu dəfə iPhone-larda Audio Magic Eraser funksiyasının yoxluğunu ön plana alıb.

Scarlett Johansson ChatGPT-ni məhkəməyə verməyə hazırlaşır!

Scarlett Johansson Hired Lawyers Over OpenAI's ChatGPT Voice

Scarlett Johansson OpenAI-nin səs modeli ChatGPT Sky-ın öz səsi ilə oxşarlığı ilə bağlı açıqlama verib və qanuni addımlar atıb. Qeyd edək ki, OpenAI yeni səs modeli ChatGPT Sky-ı dayandırmaq qərarına gəlib. Çünki istifadəçilər bu səsin Scarlett Johanssonun "Her" filmindəki süni intellekt xarakterinə çox bənzədiyini bildiriblər. Mövzu ilə bağlı verdiyi açıqlamada Johansson səsin necə inkişaf etdirildiyini öyrənmək üçün hüquq məsləhətçisi tutduğunu ifadə edib.

Şirkət Sky-ın Johanssonun səsinə əsaslanmadığını iddia etsə də, Johanssonun bu iddianı dəstəkləmək üçün müəyyən sənədlər təqdim etdiyi qeyd olunub.

“Apple” “OpenAI” ilə razılığa gəlib

OpenAI Dissolves Key Safety Team

Mark Qurman son məqaləsində “Apple” “OpenAI”ın iOS 18 üçün razılığa gəldiyini bildirib. O əlavə edib ki, bu razılaşma iyun ayında baş tutacaq WWDC tədbirində elan olunacaq.Mark Qurman son məqaləsində Apple və OpenAI-ın iOS 18 üçün razılığa gəldiyini bildirib. O əlavə edib ki, bu razılaşma iyun ayında baş tutacaq WWDC tədbirində elan olunacaq. OpenAI ilə razılaşma çərçivəsində Apple-ın cihazda mətn təhlili, ağıllı cavablar və xülasələr üçün ChatGPT-dən istifadə edəcəyi düşünülür.

Mark Qurman iOS 18 ilə gələcək süni intellekt xüsusiyyətləri ilə bağlı da əlavə açıqlama verib. O bildirib ki, yeniləmə ilə istifadəçilərə süni intellektə malik xüsusi emojilər təklif oluna bilər.

Azərbaycan Qlobal Texnologiya Forumunda iştirak edir

Azərbaycan Qlobal Texnologiya Forumunda iştirak edir

İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) IV Sənaye İnqilabı Mərkəzləri şəbəkəsi üçün ABŞ-nin San-Fransisko şəhərində təşkil olunan Qlobal Texnologiya Forumunda iştirak edir. Tədbirdə 110 spikerin çıxış edəcəyi gözlənilir.

Forumda bu il 219 təşkilatı təmsil edən 300-ə yaxın qlobal lider iştirak edir. Forumun keçirilməsində əsas məqsəd inkluziv iqtisadiyyatlar və cəmiyyətlərə texnoloji yeniliklər vasitəsilə töhfə verməkdir.

Tədbir çərçivəsində 4SİM-in icracı direktoru Fariz Cəfərov DİF-in Enerji və Materiallar Mərkəzinin təşkil etdiyi "Yeni Enerji Bərabərliyi (A new Energy Equation)” adlı sessiyada spiker qismində çıxış edəcək. O, həmçinin üzv olduğu “Süni İntellekt İdarəetmə Alyansı” platformasının üzvləri ilə birgə toplantıda iştirak edəcək.

Səfər çərçivəsində Silikon vadisi və Stanford Universiteti ilə əməkdaşlıqla bağlı görüşlər də nəzərdə tutulub.

Posted 
May 27, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All