Sega əfsanəsi Hideki Sato vəfat edib.
Sega şirkətinin demək olar ki, bütün konsollarının dizaynında rol oynamış, həmçinin 2001–2003-cü illərdə prezident vəzifəsində çalışmış Hideki Sato 77 yaşında dünyasını dəyişib.
Sato və onun Ar-Ge komandası Master System, Mega Drive/Genesis, Saturn və Dreamcast daxil olmaqla Sega-nın həm arcade, həm də ev konsollarının yaradılmasına rəhbərlik edib.
Sega yaydığı açıqlamada Sato-nun şirkətin formalaşmasında və oyun sənayesinin inkişafında böyük pay sahibi olduğunu vurğulayıb və ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.



