Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Neuralink cihazı başqa bir xəstəyə quraşdırılacaq

Elon Musk-ın qurduğu Neuralink şirkəti uzun müddətdir ki, insan beynini kompüterlərlə birləşdirəcək infrastruktur qurur. İnsanları süni neyron şəbəkələri ilə kompüter, robot və ya digər elektron məhsulları idarə edə biləcək səviyyəyə çatdırmaq üçün çalışan şirkət beyin/maşın əlaqəsi üçün "Link" adlı məhsuldan istifadə edir. Link xüsusi hazırlanmış, çox həssas robotla insan kəlləsinə inteqrasiya olunub. Buradan beyin siqnallarını toplayan və onları xaricdə digər elektron cihazlara ötürə bilən Link, Elon Musk tərəfindən FitBit məhsuluna bənzədilir.

İyun ayında reallaşdırılması gözlənilən ikinci əməliyyat üçün müraciətləri bir müddət əvvəl qəbul etməyə başlayan şirkət səhiyyə sektorunda inqilab etmək üçün böyük addımlar atır.

SABAH.academy və Sumqayıt Dövlət Universiteti ortaq MBA proqramına start verir!

SABAH.academy və Sumqayıt Dövlət Universiteti ortaq MBA proqramına start verir!

SABAH.HUB İnnovasiya Mərkəzi nəzdində fəaliyyət göstərən SABAH.academy ali təhsil müəssisələrində bakalavriat səviyyəsi üzrə tədris təklif edir.

Fəaliyyət dövrü ərzində dünyanın bir çox aparıcı təhsil müəssisələrinin beynəlxalq professorları və biznes ekspertlərini cəlb edən platforma 8 ali təhsil müəssisəsində 2100-dən artıq tələbəyə sahibkarlıq və innovasiyalar sahəsi üzrə akademik biliklər ötürmüşdür.

Fəaliyyət istiqamətlərini genişlətmək və sahə üzrə təcrübəni daha geniş auditoriyaya ötürmək məqsədi ilə SABAH.academy platforması Sumqayıt Dövlət Universiteti ilə birgə MBA proqramına başlayır. Bu proqramda SABAH.academy Strateji idarəetmə, İnnovasiya strategiyası, Marketinq, Sahibkarlıq və Kiçik Biznesin idarə edilməsi, Dayanıqlı biznes fənləri üzrə ixtisaslaşmış akademik tərəfdaş kimi xidmət edir. SABAH.academy tədris proqramının iştirakı bu sahələr üzrə kurikuluma əhəmiyyətli təcrübə qazandırır. Çevik cədvələ malik proqram həm Sumqayıt Dövlət Universitetinin kampusunda, həm də tələbələrin rahatlığını təmin etmək məqsədilə Bakı şəhərində yerləşən SABAH.HUB İnnovasiya Mərkəzinin ofisində tədris olunacaq.

2024-2025-ci tədris ili üzrə magistraturaya qəbul imtahanları keçirilib. Hal-hazırda müvafiq keçid balı toplayan namizədlər ixtisas seçimi aparır. Beləliklə, yay aylarında namizədlər Sumqayıt Dövlət Universitetinin müvafiq proqramına müraciət edə biləcək.

Növbəti tədris ilində baş tutacaq proqramda Biznesin təşkili və idarə edilməsi ixtisası mövcuddur. Ümumilikdə dörd semestri əhatə edəcək proqram 2024-cü ilin sentyabr ayında “start” götürəcək.

Proqrama son müraciət tarixi “Dövlət İmtahan Mərkəzi” tərəfindən 15 iyun 2024-cü il olaraq təyin olunmuşdur.

Magistr təhsili üzrə daha ətraflı məlumat əldə etmək üçün namizədlər (+994) 70 222 88 93 nömrəsinə zəng edə və ya rəsmi sosial media kanalları vasitəsilə müraciət edə bilərlər.

Həmçinin SABAH.HUB İnnovasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olmaq və yenilikləri qaçırmamaq üçün www.sabahhub.com veb-saytına keçid etmək mümkündür.

Meta və LG-dən bəd xəbər!

Meta LG keçən fevral ayında XR eynəklərini inkişaf etdirmək üçün ortaqlıq elan etdilər. Birgə iş nəticəsində ilk məhsulun 2025-ci ilə qədər bazara çıxacağı gözlənilirdi. Yeni məlumatlara görə, Meta və LG arasında VR əməkdaşlığı dayanıb.

XR eynəkləri üçün inkişafların gözlənildiyi kimi getmədiyi bildirilib. Metanın verilən müddətə əməl etmədiyi qeyd olunub. LG bu iddialarla bağlı açıqlama verməkdə gecikməyib. O, iki şirkət arasında əməkdaşlığın davam etdiyini bildirib. Lakin o, layihənin gözlənilən tempdə olmadığını da etiraf edib.

İddiaya görə, Vision Pro-nun rəqibi olacağı gözlənilən eynəklərin təqdimatı 2027-ci ilə qədər təxirə salınıb.

"Özbəkistan Azərbaycan sahibkarları üçün vacib bazara çevrilib"

Mikayıl Cabbarov: Azərbaycanın inkişafında şəffaf işləyən sahibkarların  böyük rolu var - AZƏRTAC

Özbəkistan Azərbaycan sahibkarları üçün vacib bazara çevrilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Qubada keçirilən II Azərbaycan-Özbəkistan regionlararası forumunda bildirib.

"Bizi bu bazarda gözləyirlər, biz tənzimləmə mühitinə yanaşmalar baxımından eyni dildə danışırıq. Özbəkistan bizim inamla Azərbaycan biznesini təşfiq etdiyimiz azsaylı ölkələrdən biridir. Bildiyiniz kimi, iki ölkə arasında 500 milyon ABŞ dolları kapitalı olan birgə fond yaradılıb. Hazırda AzərbaycanÖzbəkistanda olmaq şərti ilə 10 potensial layihə nəzərdə keçirilir",- deyə o qeyd edib.

M. Cabbarov bir sıra sferalarda bu il ərzində üzərində işlədikləri layihələrin reallaşdırılmasını gördüklərini diqqətə çatdırıb:

"Bura tekstil istehsalı daxildir. Qarşı tərəflə tezliklə işğaldan azad edilmiş ərazilərdə ilkin mərhələdə 400-dən çox iş yeri təmin edəcək iri müəssisənin işə salınmasını planlaşdırırıq. Avtomobil istehsalı sahəsini ayrıca qeyd etmək istərdim".

Siri-yə qeybət funksiyası gəlir

New Version of Siri With Generative AI Again Rumored for WWDC - MacRumors

Apple iOS 18 ilə SirApple iOS 18 ilə Siri-yə əyləncəli bir xüsusiyyət gələcək. Belə ki, Siri artıq dedi-qodu edə biləcək. Yeniləmə ilə gələcək süni intellekt xüsusiyyətləri ilə Siri artıq daha təbii və səlis danışa biləcək.

Posted 
May 21, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All