T

ürkiyənin ən böyük endirim marketlərindən olan “ŞOK”, müştəriləri üçün ''Alınacaqlar Siyahısı'' adında alış-verişə aid “Spotify” playlist-i hazırladı.

“ŞOK”, “Tribal Worldwide İstanbul” və “Spotify” ilə birgə həyata keçirdiyi yeni proyektində platformadakı musiqi siyahısını “alınacaqlar siyahısına” çevirir. Meyvə, tərəvəz, dəftərxana, qəlyanaltı kimi alış-veriş kateqoriyalarına uyğun olaraq hazırlanan alınacaqlar siyahılarında məhsulların adlarının olduğu mahnılar yer alır.

Məsələn: Tərəvəz siyahısında Barış Mançonun “Domates Biber Patlıcan”, Adnan Şensesin “Kavun” mahnısını dinləmək mümküdür. Və ya təmizlik və şəxsi gigiyena siyahısında Serdar Ortaçın “Poşet”, Zeynep Bastıkın “Fırça” mahnılarını dinləyə bilərsiniz.

“Spotify” istifadəçiləri öz alınacaqlar siyahılarını hazırlayıb marka ilə paylaşa və bu siyahının toplam qiymətini öyrənə bilər.

Posted 
Sep 23, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All