Sony növbəti nəsil oyun konsolu PlayStation 6 ilə bağlı ilk ipuclarını verib.
Bəzi sənaye mənbələrinə görə, şirkət yaxın 30 gün ərzində yeni konsolla bağlı ilkin məlumat və ya təqdimat paylaşa bilər.

Sızdırılan məlumatlarda PS6-nın daha güclü prosessor və qrafika ilə gələcəyi, 4K və yüksək kadr tezliyi kimi imkanları dəstəkləyəcəyi ehtimal edilir. Rəsmi təqdimat tarixi hələ açıqlanmasa da, analitiklər konsolun 2027–2028-ci illərdə bazara çıxacağını proqnozlaşdırırlar.



