Sony yeni nəsil PlayStation 6 konsolunun buraxılış tarixini əvvəl gözlənilən 2027-ci ildən daha sonraya keçirməyi nəzərdən keçirir.
Bloomberg-in xəbərinə görə, süni intellekt sahəsində artan tələbat RAM və digər çip komponentlərinə böyük ehtiyac yaradıb, bu isə təchizat zəncirində sıxıntılara və istehsal xərclərinin yüksəlməsinə səbəb olur.
Məhz bu səbəbdən PS6-nın 2028 və ya 2029-cu ildə təqdim olunması ehtimalı gündəmdədir.



