Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Fortnite iOS-a yenidən gəlir

Fortnite Battle Royale - Mobile Reveal Trailer

“Fortnite” 2025-ci ildə yenidən App Store-da olacaq. Əslində, “Fortnite”a birbaşa App Store vasitəsilə olmasa da daxil olmaq mümkün idi. Lakin yeni açıqlamaya görə, oyuna birbaşa App Store vasitəsilə daxil olmaq mümkün olacaq.

Starbucks 100 robotu işə götürüb

Starbucks kofe və yemək xidməti göstərən 100 robotu işə götürdüb.

“Rookie” adlı avtonom xidmət robotları Starbucks və digər xidmət məntəqələrində sifarişləri yerinə yetirir. Təxminən 100 "Rookie" robotu gündəlik olaraq qəhvə, yemək və nahar təqdim edə bilirlər.

"Gemini" "Opera" brauzerlərinə əlavə olunacaq

Opera collaborates with Google Cloud to power its browser AI with Gemini  Models - Opera Newsroom

"Opera" "Gemini" inteqrasiyası sayəsində brauzerinin "istifadəçilərə yüksək performansla ən aktual məlumatları təqdim edə biləcəyini" bildirib. "Opera"nın "Google" ilə əməkdaşlığı həm də "Aria"ya yeni eksperimental funksiyalar təklif etməyə imkan verir.

AMD Ryzen 9000 seriyası 5,8 GHz tezliyində işləyə bilər

Ryzen 7000

AMD “Granite Ridge” kod adlı yeni Zen 5 masaüstü prosessorlarında performans testlərini həyata keçirməyə davam edir. Bu kontekstdə AMD Ryzen 9000 seriyalı prosessorların mühəndislik nümunələrindən bəzi nəticələr sızdırılıb. CPU-Z-dən götürülmüş ekran görüntüsü əsas sürətin 5,8 GHz-ə qədər arta biləcəyini göstərir.

iPhone 16 dizaynında ciddi dəyişikliklər gözlənilir

Bu dəyişiklik cari iPhone-larda ekranın üstündə yerləşən "TrueDepth" kamerasından istifadə edən üz tanıma sistemi FaceID-ə aiddir. Sızdırılan məlumatlara görə, “Apple” tezliklə bunu dəyişəcək və FaceID sistemini ekranın altına keçirəcək.

Posted 
May 29, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All