Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“StartUp Wise Guys Global Pre-revenue 2nd cohort” proqramına qeydiyyat başlayıb

“PASHA Holding” və İRİA-nın təşəbbüsü ilə dünyanın ən qabaqcıl akseleratorlarından biri olan “Wise Guys” tərəfindən “StartUp Wise Guys Global Pre-revenue” proqramının 2-ci kohortuna müraciət qəbulunu elan edib. Akselerasiya proqramına hazırlıq mərhələsində olan yerli ve xarici startaplardan ibarət ən uğurlu 15 komanda seçiləcək. Proqram çərçivəsində seçilmiş gəlir öncəsi mərhələdə olan komandalar davamlı gəlir modelinin yaradılması istiqamətində nəzəri və praktik təlimlərdə iştirak edəcəklər. Bu proqrama seçilən komandalar Lotfi Zadeh Technology Center (LTC) Global Acceleration və SABAH.HUB Acceleration proqramlarına birbaşa qəbul ediləcəklər. Müraciət üçün son tarix 10 oktyabrdır.

Atatürk süni intellekt dəstəyi ilə türk xalqına müraciət edib

"Teknosa" Cümhuriyyətin 100-cü ildönümünü Atatürkün səsi və süni intellekt texnologiyası vasitəsilə qeyd edir. Şirkət “İkinci yüzyılda da en büyük armağan: Türkiye Cumhuriyeti” layihəsini Pera Palace otelində xüsusi gecədə açıqlayıb. “Generative AI” süni intellekt texnologiyası ilə hazırlanan layihədə Atatürkün səs dalğaları siluetini formalaşdıran görüntülərə çevrilib. Bundan əlavə, layihə çərçivəsində Atatürkün bəzi məşhur sözləri fransız və ingilis dillərində səsləndirilib.

"Discord" ödənişli olan yeni funksiyasını işə saldı

Discord “Avatar Dekorasiyaları” adlı yeni xüsusiyyətini əlçatan edib. Şirkət Nitro istifadəçilərinə üstünlük verərək bu funksiyasını işə saldı. Həmin funksiya istifadəçiyə profil şəklinə animasiya nümunələrindən birini qoymağa imkan verir. “Final Fantasy”, “Anime”, “Breakfast” və “Disxcore” mövzularında müxtəlif dekorasiyalar mövcuddur. Bu xüsusiyyət ödənişlidir. Qiymətlər sabit deyil və dekorasiyadan asılı olaraq dəyişir.

"OnePlus Pad Go" göz sağlamlığını qoruyan xüsusiyyətlər ilə gəlir

OnePlus Pad Go

OnePlus planşet bazarına bu ilin əvvəlində təqdim etdiyi Pad modeli ilə daxil oldu. Çin şirkəti istifadəçilərə sərfəli qiymətə Pad Go modelini təqdim etməyə hazırlaşır. Planşet haqqında çoxlu sızmalar və hesabatlar ortaya çıxıb. İstehsalçı bu yaxınlarda elan edib ki, planşet TUV Rheinland sertifikatına sahib olacaq. Yəni cihaz mavi işıq texnologiyasını dəstəkləyir. Bu xüsusiyyət istifadəçilərin göz sağlamlığını qorumaq məqsədi daşıyır.

"Acer" yeni oyun monitorunu təqdim edib

Acer 180Hz yeniləmə tezliyi ilə seçilən yeni oyun monitorunu təqdim edib. Bu geniş ekranlı LED monitor "XZ342CU S3" olaraq adlanır. "4000:1" kontrast nisbəti və 400 nit parlaqlıq monitordakı rəngləri daha canlı və mətnləri daha oxunaqlı edir. Acer "XZ342CU S3" hazırda rəsmi Acer saytında mövcuddur. Məhsul ABŞ-da 229,99 dollar qiymət etiketinə sahibdir.

"X" CEO-su Linda Yaccarino platforma üçün yeni məlumatlar təqdim etdi

X: Twitter's AI-Powered New Costume Will Deliver Everything, Says CEO Linda  Yaccarino; What's Cooking?

Avropa Birliyi verdiyi bir bəyanatda “X”də böyük dezinformasiya probleminin olduğunu söyləyib. Yaccarino çox ciddi problem sayılan bu məsələ ilə mübarizə aparmaq üçün işçilərin sayını artırdıqlarını bildirib. Konfrans çərçivəsində Yaccarino tərəfindən verilən məlumata görə, platformanın hazırda təxminən 540 milyon aylıq aktiv istifadəçisi və təxminən 225 milyon gündəlik aktiv istifadəçisi mövcuddur.

Posted 
Sep 29, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All