Valve şirkəti 2025-ci ilin Steam qış endirimləri üçün təqdimat videosunu yayımlayıb.
Hər il oyunsevərlərin səbirsizliklə gözlədiyi bu kampaniya 18 dekabrda start götürəcək və 5 yanvar 2026-cı ilədək davam edəcək. Endirimlər müddətində həm AAA səviyyəli oyunlar, həm müstəqil layihələr, həm də klassik oyunlar böyük güzəştlərlə satışa çıxacaq.
Kampaniya çərçivəsində Steam istifadəçiləri həm də platformanın icma fəaliyyətlərində iştirak edə biləcəklər. Bu müddətdə istifadəçilər Steam Awards səsverməsində iştirak edərək sevdikləri oyunlara dəstək verə biləcək və digər oyunçularla fikir mübadiləsi aparmaq imkanı əldə edəcəklər.
Steam qış endirimləri həm oyunçular üçün sərfəli alış-veriş imkanı, həm də oyun istehsalçıları üçün satışların artması baxımından əhəmiyyətlidir. Endirimlər dövründə müxtəlif janr və növ oyunlar üzrə yüzlərlə oyun güzəştli qiymətlərlə təqdim olunur, bu da həm yeni oyunları sınamaq, həm də klassikləri əldə etmək üçün əlverişli şərait yaradır.



