Geneva və Bern universitetlərinin apardığı yeni araşdırma süni intellektin emosional zəka testlərində insanlardan daha yaxşı nəticə göstərdiyini ortaya qoyub. "ChatGPT", "Claude", "Gemini" və "Copilot" kimi qabaqcıl modellər bu sahədə ortalama 82 % nəticə əldə edərkən, insanlar cəmi 56 % göstəriciyə sahib olub.

Testlər sadə suallarla kifayətlənməyib, mürəkkəb emosional situasiyalarda AI-ın empatiya və kontekst anlayışı yoxlanılıb. Daha da maraqlısı, ChatGPT-4 özünün hazırladığı emosional zəka testləri ilə 400-dən çox insanı uğurla qiymətləndirib və bu testlər mütəxəssislərin hazırladıqları qədər etibarlı sayılıb.
Daha çox
Daily
kateqoriyasından
View All