D

ünyanın ən böyük şirkətlərindən biri olan “Intel” 2023-cü ilin 1-ci rübü üçün maliyyə vəziyyəti hesabatını paylaşıb. Hesabatlar heç də ürəkaçan deyil. Görünən budur ki, gəlirlər ciddi şəkildə azalıb. Paralel olaraq, şirkət rekord itki ilə bağlı məlumat da yayıb. Gəlin, “Intel”in yanvar-mart aylarına olan maliyyə məlumatlarına daha yaxından nəzər salaq.

Intel

“Intel” son 3 ayda 11,7 milyard dollar qazanıb. Bu rəqəm 2022-ci ilin 1-ci rübündən 36 % az olub. Nəticədə gəlirlilikdə azalma hiss olunub. Bununla belə, şirkət mənfəət əldə etmək əvəzinə 2,8 milyard dollar zərər edib. Halbuki keçən ilin eyni rübündə 8,1 milyard dollar mənfəət əldə edilmişdi. Elan edilmiş nəticələrə görə deyə bilərik ki, “Intel” böyük böhran içərisindədir. 
“Intel”in hesabatlarında biznes sahələrinə dair məlumatları açıq görmək olur. Belə ki, çipset bölməsi 38 % azalaraq 5,8 milyard dollara, məlumat mərkəzi və süni intellekt bölmələri 39 % azalaraq 3,7 milyard dollara, şəbəkə həlləri isə 30 % azalaraq 1,5 milyard dollara düşüb. “Intel” tərəfindən qurulan “Mobileye” adlı şirkət, gəlirlərin artdığı yeganə qol sayılır. Burada gəlirlər 458 milyon dollara çatdırıb.

1 milyon abunəçi itkisi. “Netflix” şokda!

Şifre paylaşımından ek ücret talep eden Netflix'e şok

“Netflix” İspaniyada böyük çətinliklər yaşamağa başlayıb. Şirkətin parol paylaşımı üçün əlavə ödəniş tələbi milyonlarla ispan istifadəçisinin “Netflix” abunəliyini dayandırmasına səbəb olub.
“Kantar Group” tərəfindən açıqlanan məlumatlara görə, “Netflix” 2023-cü ilin 1-ci rübündə İspaniyada 1 milyondan çox istifadəçisini itirib. Bildirilir ki, abunəlikdən çıxanların ⅔-si öz hesablarını dostları və qohumları ilə paylaşanlardır.

Best VPN for Netflix Spain in 2023 to Watch From Anywhere

“Netflix”in məlumatına görə, dünyada 100 milyondan çox istifadəçi başqasının hesabından istifadə edir. Lakin bu rəqəmin ölkələr üzrə bölgüsü açıqlanmayıb. Araşdırmaya görə, abunə ləğvlərinin sayı 1-ci rübdə əvvəlki dövrlə müqayisədə 3 dəfə artıb. Analoji təcrübə Portuqaliya, KanadaYeni Zelandiyada da tətbiq edilib. Onu da xatırladaq ki, “Netflix” yayım platforması bazarında da liderliyini itirib. Bu sahədə 1-ci yerdə “Amazon Prime Video” dayanır.

Oyun dünyasında aləm qarışdı. Dünya tarixindəki ən böyük oyun sövdələşməsi baş tutacaqmı?

Microsoft, Activision-Blizzard, and the CMA: So, What's Next? - IGN

18 yanvar 2022-ci ildə “Activision Blizzard” ilə 69 milyard dollarlıq inanılmaz razılaşma əldə edən “Microsoft”, son vaxtlar ciddi çətinliklərlə üzləşir. “Xbox” konsolları və “Game Pass” abunə sistemi vasitəsilə oyun sənayesində möhkəmlənməyə çalışan şirkət 2023-cü ildə fiziki satışların azalması ilə ciddi böhran yaşamağa doğru gedir. 
Bu böhranın təhlükəsini uzaqdan görən şirkət “PlayStation” ekosistemi ilə rəqabətində fərqlənmək üçün “Activison Blizzard”ı almaq istədi və 18 yanvar 2022-ci ildə bu cəhd müsbət oldu. Buna cavab olaraq, “Sony”nin ABŞ və Böyük Britaniya məhkəmələrində “Microsoft”a qarşı lobbiçilik cəhdləri də nəticə verməyə davam edir. Təkcə “Microsoft” deyil, “Xbox Game Pass” istifadəçiləri və “Xbox” konsol sahibləri də aylardır bu məhkəmə prosesinin nəticəsini səbirsizliklə gözləyirlər. Bilirik ki, “Call of Duty” yüksək satış rəqəmlərinə səbəb olan ən əhəmiyyətli istehsallar arasındadır. “Microsoft” bu seriyanın istehsalçısı “Activision Blizzard”ı alarsa, “Call of Duty” yalnız “Xbox” konsollarında və “Xbox Game Pass” bulud oyun sistemində satışa çıxarılacaq.

UK regulator blocks Microsoft's Activision Blizzard merger over cloud  concerns | Engadget

“New York Post” qəzetində yer alan xəbərə görə isə, “Microsoft” hüquqi maneələrə görə müqavilədən çəkilmək üzrədir. Başqa sözlə, dünya ticarəti tarixində, eləcə də oyun dünyasında baş tuta biləcək ən böyük sövdələşmə dayandırılıb. Üstəlik, bu, daimi ola bilər.

2023-cü ildə dünyada ən çox satan telefon markaları məlum oldu

Samsung Galaxy S23 Ultra vs iPhone 14 Pro Max: Which phone wins? | Tom's  Guide

Bəli, “Samsung” ilk rübdə zirvədədir. 2023-cü ilin 1-ci rübündə “Samsung” ən çox satılan smartfon markası oldu. Düz 60,3 milyon cihaz satan şirkət illik 18 % azalma görsə də, 22 % bazar payı ilə zirvəni götürə bilib. Onun arxasında illik 3 % artıma nail olan ən çox satanlar arasında “Apple” dayanır. Məlumatlara görə, 3 ayda 58 milyon “iPhone” satıb və 21 % bazar payı ilə “Samsung”u yaxından izləyir.

A close-up of Xiaomi 12S Ultra's rear camera module, co-engineered with Leica.

“Xiaomi” siyahıda 3-cü yerdədir. 11 % bazar payına sahib şirkət, koreyalı rəqibinin təxminən yarısı qədər cihaz satıb.
Onu 26,6 milyonla “Oppo” və 20,9 milyonla “Vivo” izləyir. Bu şirkətlərin bazar payı müvafiq olaraq 8 %, 10 % və 17 % kiçilmə ilə 8 % səviyyəsindədir.

Mark Zuckerberg-in inadkarlığı tükənmir. “Meta”da itkilər ağırdır

Introducing the New Facebook Reality Labs | Meta

“Facebook”, “Instagram” və “WhatsApp” kimi məşhur sosial kanalların ana şirkəti olan “Meta” 2023-cü ilin 1-ci rübü üzrə maliyyə nəticələrini paylaşıb. 1-ci rübdə gəlirlər gözlənilmədən 3 % artaraq, 28,6 milyard dollar olub. Xalis gəlir 24 % azalaraq 5,7 milyard dollara enib. Lakin əsas mövzu Mark Zuckerberg-in inadkarlığının nəticəsi olan “Reality Labs”in itkiləridir.
“Meta” bildirib ki, virtual reallıq, artırılmış reallıq və “metaverse” biznesləri ilə məşğul olan “Reality Labs” üçün bu rübdə əməliyyat itkisi 3,99 milyard dollar təşkil edir. “Reality Labs” 2020-ci ildən bəri “Meta”ya 30 milyard dollar zərər verib. Lakin “Meta”nın üzləşdiyi ən böyük problem məhsuldar “AI”ın yüksəlişidir. Şirkətlər “ChatGP”-nin analoqlarını öz xidmətlərinə tətbiq etməyə tələsirlər. “Meta” da süni intellekt sahəsində geri qalmamaq üçün bu sahəyə ciddi sərmayələr qoyur. Məşhur milyarder yaxın 10 il ərzində “metaverse”in həcminin milyardlarla, hətta trilyonlarla dollara çatacağına qəti şəkildə inanır.

“PlayStation 5”in dizaynı dəyişir. “Sony”dən yeni patent

“Sony Interactive Entertainment” tərəfindən yeni patent müraciəti “PlayStation 5”in dizaynında bəzi dəyişikliklərin olacağını göstərir. Növbəti nəsil oyun konsolunda çıxarıla bilən optik disk mexanizmi dəstəyi yer alacaq. Keçən ilin sonunda ortaya çıxan bəzi şayiələr “Sony”nin “PS5” konsolunu yenidən dizayn etmək istədiyinə işarə edirdi. Yeni patent isə bu iddiaları doğrultdu. Sən demə, söhbət oyun konsolları, kompüterlər və ya audiovizual (AV) avadanlığı kimi elektron cihazlara quraşdırıla bilən optik disk mexanizmindən gedirmiş. Bu, fiziki diskdən istifadə edərək, oyun oynamağa üstünlük verən istifadəçilərə daha çox daşınma imkanını asanlaşdıran yenilikdir. Bilmək olmaz, bəlkə daxili disk mexanizmi olmayan daha ucuz “PS5” versiyası da təqdim olundu. Bu baş verərsə, rəqəmsal oyunlar almaq istəməyən istifadəçilər sevinə bilərlər. “Sony” deyir ki, çıxarıla bilən disklər üçün dəstək, cihazı xeyli yüngülləşdirəcək.

Posted 
Apr 28, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All