"Tesla" ABŞ-də lüks sedan və SUV modelləri olan yeni Model S və Model X avtomobillərini satışa çıxardığını açıqlayıb. Modellərin xarici görünüşündə böyük dəyişikliklər olmasa da, yeni mavi rəng seçimi və aerodinamik təkmilləşdirmələr diqqət çəkir.
Model S Long Range versiyası 659 kilometr məsafə qət etmə qabiliyyəti ilə Tesla-nın indiyədək ən uzunməsafəli avtomobili olub. Hər iki avtomobilə əlavə olunan yeni ön kamera, sürücünün görüntü sahəsini artırır və daha az yol səsi üçün aktiv səsboğucu sistem gücləndirilib. Model S 84.990 dollardan, Model X isə 89.990 dollardan başlayan qiymətlərlə təklif olunur.