Hesabat “What’s Next” adlanır və 2026-cı il üçün əsas yanaşmanı “Irreplaceable Instinct” (əvəzolunmaz instinkt) anlayışı üzərində qurur.

Fokus texnologiyanın əvəz edə bilmədiyi insani hisslərdir.

Curiosity Detours - Marağın apardığı alternativ yollar

TikTok-a görə, gələcək dövrdə bağ qurmaq, maraq göstərmək və anın içində olmaq kimi təbii instinktlər yenidən dəyər qazanacaq.

Reali-Tea - Gerçəkliyə dönüş trendi

2026-da idealizə olunmuş həyat görüntüləri yerini daha real hekayələrə verəcək. TikTok eyni zamanda əyləncə platformasından kəşf və axtarış məkanına çevriləcək.

Emotional ROI - Duyğusal yatırımın geri dönüşü

Ani alış davranışı zəifləyəcək. İstifadəçilər məhsul və xidmətləri qiymətinə görə deyil, onlara verdiyi hissə və mənasına görə dəyərləndirəcəklər.

Hesabatda izlənmə tövsiyəsi olaraq qeyd olunur ki, AI alətləri (Symphony, Smart+) səmərəlilik üçün vacib olacaq, amma kontent insan-mərkəzli qalmalıdır.

Posted 
Jan 27, 2026
 in 
Data
 category

Daha çox

Data

 kateqoriyasından

View All