T

ikTok”u kölgədə qoyacaq rəqib gəlir?

Bu şirkətə qoyulan bəzi qadağalardan sonra ABŞ-da, “Instagram”ın da rəqibi olan “ByteDance” şirkətinə məxsus “Lemon8” tətbiqi yüklənmə sayına görə “AppStore”da “Top Charts”a daxil olub. Bu tətbiq bazar ertəsi günü “Top Charts”a daxil olmaqla həm proqramlar, həm də oyunlar arasında 10-cu ümumi proqram oldu. Həftənin çərşənba axşamı günü isə, oyunlar istisna olmaqla, “App Store”un ən yaxşı proqramlar cədvəlində 9-cu yerə qalxıb.

Görünür, “Tiktok”un sultanlığı da bir yerə qədər imiş.

Yaponiya kriptovalyuta sınaqlarına başlayır!

Rəqəmsal valyutanın populyarlaşması ona olan marağı artırmaqda davam edir. Belə ki, nəhəng iqtisadiyyata malik ölkələrdən biri olan Yaponiya aprel ayından etibarən rəqəmsal yuanları test etməyə başlayacaq. Rəqəmsal yen layihəsi ilk olaraq pilot proqram kimi istifadəyə veriləcək. Dünyanın üçüncü ən böyük iqtisadi mərkəzinin rəqəmsal valyutalara doğru bu addımı, mərkəzi bankın rəqəmsal valyutalarına (CBDC) getdikcə artan maraq, digər ölkələrin araşdırmalarından sonra baş verib. Qeyd edək ki, bu addım əvvəllər də Çində də atılıb.

“Binance”ın ABŞ əməliyyatları dayandırıla bilər

Kriptovalyuta birjası “Binance” ABŞ-ın əmtəə tənzimləyicisi CTFC( Certificate in Trade Finance Compliance) tərəfindən məhkəməyə verilib. İddiaya görə “Binance.Us”ın fəaliyyətinin dayandırılmasına qərar verilə bilər. CTFC “Binance” və onun baş direktoru “CZ”ni məhkəməyə verib. Bununla birlikdə birjadan çıxışlar sürətləndiyi halda  kriptovalyutalarda itkilər də müşahidə edilib, “Bitcoin” 26.500 dollara qədər geriləyib. Hesabatda  həmçinin kriptovalyuta ticarətinin qlobal biznes olduğu vurğulanıb. “Binance”ın əsas gəlir və lisenziya mənbəyi olduğu Avropa, Afrika və Avstraliya əməliyyatlarını qorumağa çalışacaqları da vurğulanıb. 

“Burger King”in kriptovalyuta istəyi!

Qlobal “fast food” şəbəkəsi “Burger King”in filiallarında telefonlar kriptovalyuta ilə doldurula bilər. Artıq Parisdəki filiallarda kriptovalyuta ödənişlərini qəbul edən şarj cihazı icarəsi üçün maşınlar quraşdırılıb. Parisdəki “Burger King” restoranlarında “Alchemy Pay” və “Binance Pay” ilə ödənişləri qəbul edən “Instpower” adlı bu şarj cihazlarını daşımaq da mümkün olacaq. “Alchemy Pay” tərəfindən edilən açıqlamaya görə istifadəçilər kriptovalyuta ilə ödəniş edərək smartfon, noutbuk və planşet kimi portativ cihazlarını enerji ilə doldura biləcəklər.

“Cabify” proqramı 110 milyon dollar yatırım alıb

110 milyon dollarlıq investisiya borc və səhmlərin maliyyələşdirilməsi yolu ilə həyata keçirilib. Belə ki, İspaniyada yerləşən şirkətin yeni investisiyası “Orilla Asset Management”, “AXIS” və adı açıqlanmayan digər investorlardan gəlib. 2011-ci ildə fəaliyyətə başlayan şirkətin ümumi investisiya məbləği 519 milyon dollara yüksəlib. “PitchBook”a görə, “Cabify”in dəyərinin son sərmayə ilə nə qədər artdığı açıqlanmasa da, şirkət iyul ayında 1,49 milyard dollar dəyərində yatırım əldə edib.

“McDonald's”ın mübahisəli yemək qabları

“McDonald's Fransa”, Fransız dizayn studiyası “Elium Studio” ilə birlikdə təkrar istifadə edilə bilən yemək qabları dəstini istehsal edib. Qabların yenidən istifadə edilə bilməsi müzakirələrə səbəb olub. “Fast food” nəhənginin plastik fincanlar və karton kartof qabı kimi adi, birdəfəlik məhsullarına alternativ olaraq hazırlanmış dizaynlar Fransa prezidenti Emmanuel Makronun “Twitter” hesabında tərifli paylaşımından sonra sosial mediada paylaşılaraq viral olub.

“Zoom”dan “Slack” və “ChatGPT”ə rəqib olacaq bir addım

Son illərin ən populyar tətbiqlərindən biri olan “Zoom” üçün yeni funksiyalar açıqlanıb. Bu funksiyalar sayəsində işçilər bütün işlərini yalnız “Zoom” vasitəsilə idarə edə biləcəklər.“TechCrunch”ın xəbərinə görə, “Zoom” keçən ilin aprel ayında tətbiqdaxili süni intellekt dəstəyini təqdim edib və bu dədtəyin adı “Zoom IQ”-dir. “Zoom IQ”dan istifadə edərək görüşlərə qatılan istifadəçilərə, onları düşündürən mövzular haqqında qısa xülasələr təqdim olunacaq. Bundan əlavə, iclasda çıxış edənlərə iclasın sonunda yazılı formada çıxışın stenoqramı da veriləcək.

Yupiter tozundan hazırlanmış “OnePlus 11” gəlir!

“OnePlus 11 Jupiter Rock” Yupiterdən alınmış tozdan hazırlanmışdır. Smartfon sənayesində bənzəri olmayan bu material şüşə ilə müqayisədə 25 faiz istehsal səmərəliliyinə malikdir. “OnePlus”un açıqlamasına görə smartfonun hazırlanması 1 ildən çox çəkib. “OnePlus”un baş icraçı direktoru  Li Ginin sözlərinə görə, "Jupiter Rock" modeli sektora yeni bir nəfəs gətirəcək. Çin şirkəti hər bir arxa qapağın hər telefona fərqli hiss və tekstura verəcəyini bildirib. Li Gi həmçinin “Jupiter Rock”ın material və işçilik baxımından da sərhədləri aşacağını iddia edib.

Öz işçilərini qovanlar siyahısına “Disney” də qoşuldu

Fevral ayında 7000 işçisini işdən çıxaracağını açıqlayan “Disney” bu həftə işçi qüvvəsi sayında ixtisara başlayacağını açıqladı. Baş icraçı direktor Bob Iqer xərcləri azaltmaq üçün kütləvi ixtisarların yay başlayana qədər 3 fərqli vaxtda baş verəcəyini bildirdi. 7000 nəfərin işdən çıxarılmasına dair addım ilk dəfə fevral ayında elan edilmişdi. Həmin vaxt edilən açıqlamada bu tətbiqin “Disney”in media bölməsinə, park və obyektlərinə və eyni zamanda nəhəng idman yayımçısı ESPN-ə təsir edəcəyi bildirilmişdi. ABŞ media nəhəngi əlavə edib ki, bu addım 5,5 milyard dollarlıq xərclərin azaldılması planlarının bir hissəsi kimi atılıb.

Posted 
Mar 29, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All