Qazi Mustafa Kamal Paşanın miras qoyduğu Türkiyə Cümhuriyyətinin 100 yaşı tamam oldu! Bu tarix bütün türk dünyasında təmtəraqlı şəkildə qeyd olundu. Gəlin birlikdə bu günün şərəfinə hazırlanmış videoçarxlara nəzər salaq:

Hepsiburada.com süni intellekt vasitəsilə hazırlanmış Atatürk şəkillərindən ibarət videoçarxını təqdim edib.

Pegasus Airlines 100-cü təyyarəsi ilə Ankara səmalarına "100" yazaraq Cümhuriyyətin 100-cü ilini qeyd edib.

Trendyol bu sözlər ilə 100-cü ili qeyd edib:

"Emalatxanalardan kəndlərə, tarlalardan könüllərə... Bizim üçün yollar həmişə Cümhuriyyətə aparır. Dünən, bu gün, həmişə".

Turkish Airlines 100 illiyi səmada təyyarələr ilə İstiqlal Marşını səsləndirərək qeyd edib.

Daily Marcom-un 100 illik üçün hazırladığı videoçarxa nəzər salaq:

Rusiyalı kosmonavt Oleq Artemyev Cümhuriyyətin 100 illiyini kosmik gəminin pəncərəsinə Türkiyə bayrağını asaraq qeyd edib.

Posted 
Oct 31, 2023
 in 
Special Day
 category

Daha çox

Special Day

 kateqoriyasından

View All