T

witter, 1 gün əvvəl iOS tətbiqində müəyyən istifadəçilərə yeni bir funksiya təqdim etdi. Artıq bəzi iOS istifadəçiləri twitter tətbiqində "rəyi bəyənməmə" seçimini görməyə başlayıb.

Hazırda test mərhələsində olduğuna görə bu işarə fərqli şəkillərdə istifadəçilərin qarşısına çıxıb. Bəzilərində bu işarə bəyənməmə mənasına gələn aşağı doğru baş barmaq şəklində, bəzilərində isə xətt formasında görünür. Funksiyanın məqsədi bir tweet-ə yazılmış rəylərdən ən çox uyğun gələnləri önə çıxarmaqdır.
“Twitter”da bəzi tweet-lərin altında gedən söhbətlər hədsiz çox uzanır və artıq rəylər mövzudən kənarlaşmağa başlayır. Beləliklə də mövzuya ən çox uyğun olan rəylər aşağıda qalır. Yeni funskiya da məhz bunun üçün nəzərdə tutulmuşdur. İnsanların rəylərə verdiyi reaksiya nəticəsində ən bəyənilməyən rəy mövzuya uyğun olmaması səbəbi ilə ən aşağıda qalacaq.

Twitter gözlənilən yeni funksiyasını gec də olsa istifadəyə verdi

Neqativ rəylərin qarşısını almaq üçün də bir rəyin nə qədər bəyənilmədiyi və kim tərəfindən bəyənilmədiyi görünməyəcək. İstifadəçilər ancaq öz bəyənməmə işarələrini görəcəklər. “Twitter” tərəfindən "Məqsədimiz kimlərisə alçaltmaq deyil, insanların nəyi görmək istədikləri, nəyi istəmədikləri haqqında səs sahibi olmalarını təmin etməkdir." şəklində açıqlama da edildi. Funksiyanın gələcəyi isə hazırda qeyri müəyyəndir. Hələlik bu funksiya sadəcə məlumat toplamaq məqsədi ilə test edilir.

Posted 
Jul 26, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All