K

eçən il video izləyiciləri üçün dönüm nöqtəsi oldu. Dünyanın hər yerindən — İngiltərədən ABŞ-a, Yaponiyaya qədər –video izləmək üçün əsas yol olaraq hər zamankindən daha çox strim platformalarına üz tutuldu. 2020-ci iil artıq arxada qalsa da. bəzi trendləri burada qeyd etməli və bu il üçün hazır olmalıyıq.

Think with Google: Debbie Weinstein

Keçən il video izləyiciləri üçün dönüm nöqtəsi oldu. Dünyanın hər yerindən — İngiltərədən ABŞ-a, Yaponiyaya qədər –video izləmək üçün əsas yol olaraq hər zamankindən daha çox strim platformalarına üz tutuldu. 2020-ci iil artıq arxada qalsa da. bəzi trendləri burada qeyd etməli və bu il üçün hazır olmalıyıq.

Haradan başlayacağınıza hələ də əmin deyilsiniz? Markaların izləyici sayındakı dəyişikliklərə cavab olaraq video məzmununa yanaşmalarını necə dəyişdirdiklərindən çox şey öyrənmək olar. Trendləri anlamaqda sizə yardımçı olmaq üçün reklamverənlərin uğurlu nəticə almaq üçün hansı əsas 5 dəyişikliyi tətbiq etdiklərini qeyd edəcəyik.

1. İzləyicilərin olduqları yerdə olun: strim platformaları.

İnsanlar rekord miqdarda rəqəmsal videoya baxırlar. Google tərəfindən hazırlanan Nielsen araşdırmasına görə, YouTube ABŞ-da 2020-ci ilin martında 18–49 yaş aralığında izləyicilərə bütün ənənəvi televiziya şəbəkələrindən daha çox çatmağı bacarıb. Bəs izləyici sayının sürətlə böyüdüyü cihaz hansıdır? TV ekranları! Həmin ay YouTube və YouTube TV-nin televiziya ekranlarında izləmə müddəti il ərzində 80% artması müşahidə olundu.

Uzaq perespektivi önəmsəyən markalar həmin bu kütləyə böyük ekranlarda çatmaq fürsətini ən yaxşı şəkildə istifadə edirlər. Məsələn, COVID-19 Kanadadakı avtosalonları bağlamağa məcbur buraxanda KIA, Youtube-un smart TV-lərdə hədəf lütləyə çata bilmə miqyasını və təsirini doğru qiymətləndirərək rəqəmsal satışlarda 16%, bazar payında isə 15% artım əldə etdi.

Google - Video görüntüləmədə nəticə üçün reklam verənlərin etdiyi 5 dəyişiklik
2. Elektron ticarətə keçidə qucaq açın.

İnternet istifadəçilərinin alış-veriş davranışlarındakı dramatik dəyişikliklərə cavab olaraq, markalar, alış-veriş zamanı potensial müştərilərə çatmaq və onları cəlb etmək üçün e-ticarətdə sürətli dönüş yaratdılar. Bütün dünyada, onlayn video güclü bir performans məzmunu olduğunu sübut edir. Yeni tədqiqatlar göstərir ki, ABŞ, Meksika və Kolumbiyadakı izləyicilərin 70% -i bir markanı YouTube-da gördükdən sonra aldıqlarını söyləyirlər. Getdikcə daha çox reklamverici “call-to action” formatlarına sahib videoların qane edici nəticələrini görməyə başlayır və rəqəmlər bir ildə təxminən 1 milyard dönüşümə yüksəlib.

Mağazalarının bağlanması qarşılığında Kiehl’s mövcud olan video məzmununu zamanında doğru mesaj ilə yenilədi və “call-to-action” kampaniyasını Youtube üzərindən True-view ilə yayımladı. Beləliklə, geridönüş hədəflərinə çatmağı bacardı və digər traktikalardan 4 dəfə daha səmərəli nəticə əldə etdi. Digər bir misalda Gucci “sequencing və call-to-action” formatlarını birlikdə bacarıqla bir araya gətirərək True-view kampaniyası üzərindən alıcıları bir-başa saytdakı əlaqəli məhsula yönləndirərək 45.000 ziyarətçini saytdakı məhsullara daha da yaxınlaşdırdı.

3. Bəsit yaradıcıllığı yenilikçi formatlarla birləşdirin.

Pandemiyanın ilk günlərində markalarda bu hazırlıqsız zaman üçün ən uyğun, təsirli yaradıcı məzmunun necə qurulacağına dair bir çox suallar var idi. Biz isə öyrəndik ki: ən yaxşı performansı YouTube’un ABCD kreativ təlimatları kimi əsas təməllərə yönəlmiş hər zamanki reklamlar göstərdi.

Bəzi brendlər nəticə əldə etmək üçün hökmən koronavirus reklamları hazırlamaq məcburiyyətində olmadıqlarını düşündüyü anda, brendlərin çoxu çevik davranaraq bu müddətdə insanların ehtiyac və düşüncəsinə uyğun kreativ adaptasiyalar etdilər. İstər engagement-a hesablanmış sequencing hekayələr, istərsə də digər sınanılmış kreativ məzmunlardan istifadə edən markalar müştərilərə yaxınlaşmaq üçün yenilikçi və müvafiq reklam formatlarını istifadə etdilər.

4. Brend quruculuğunu (brand building) ikiqat azaldın.

Çox vaxt, daha uzun perespektivli brend quruculuq investisiyaları böhran zamanı böyümək üçün kritik hesab olunsalar belə ixtisar olunur. Nielsen və YouGov tərəfindən 20 CPG markası üzrə satış və brand-lift məlumatlarını təhlil edən Google tərəfindən hazırlanmış bir araşdırmada, brand-lift metriklərinin satışa uzunmüddətli təsirini nəzərə alaraq reklamın 84% daha çox ROI qazandığını gördük. Başqa sözlə, reklam xərclərinin qısamüddətli gəlirliliyinin hər dolları üçün marka kapitalındakı dəyişikliklər əlavə olaraq 0,84 dollar gəlir gətirir. YouTube’da marka quruculuğu xüsusilə effekti olur, lift metrikləri isə ənənəvi media (TV) ilə müqayisədə ortalama 2.1 dəfə daha yüksəkdir.

“Çox vaxt, daha uzun perespektivli brend quruculuq investisiyaları böhran zamanı böyümək üçün kritik hesab olunsalar belə ixtisar olunur.
5. Nəticləri ölçə bilmək üçün metrikləri inkişaf etdirin.

Metriklər hədəfinizin qısa müddətli satış və ya brend quruculuğu olmasından asılı olmayaraq heç vaxt bu qədər kritik olmamışdı. Bir metrik hər ölçünü özündə əks etdirə bilmir, xüsusən də hər bir bazara fərqli təsiri olan dəyişiklik və qeyri-müəyyənlik ilində. Lakin marketoloqlar nəyin daha yaxşı işlədiyini dəyərləndirməkdə və onu inkişaf etdirməkdə daha çevikdirlər. Test etmək və öyrənmək uğurlu nəticənin açarı olaraq qalır.

Posted 
Mar 1, 2021
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All