Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Diablo 4" "Game Pass"a gəlir

Diablo 4, Game Pass'e Geliyor: Tarih Verildi!

"Activision Blizzard"ın məşhur oyunu "Diablo 4" "Microsoft"un satın alınması tamamlandıqdan sonra "Game Pass" kitabxanasına əlavə ediləcək. "Microsoft" oyunun 28 mart tarixində  "Game Pass"a əlavə ediləcəyini açıqlayıb.

"Youtube"a mahnıları remiks etmək xüsusiyyəti gəlir

“YouTube” yeni funksiyasını təqdim edib. İstifadəçilər artıq “Shorts” tipli videolara musiqi əlavə edə və onları "TikTok"da olduğu kimi remiks edə biləcəklər. Açıqlamada, istifadəçilərin Beyonce və Maggie Rogers kimi dünyaca məşhur müğənnilərin mahnılarını “Shorts” videolarına əlavə edə biləcəkləri bildirilib.

"Vision Pro" üçün rəsmi "TikTok" proqramı buraxıldı

TikTok is the First Big Social Media Platform to Launch a Native Vision Pro  App

"Vision Pro" üçün 1000-dən çox xüsusi tətbiq mövcuddur. Verilən son məlumata görə, Vision Pro üçün "TikTok" tətbiqi artıq əlçatandır. Hazırda "Vision Pro" üçün rəsmi "Instagram", "Facebook", "YouTube", "Netflix", "Spotify" və "WhatsApp" tətbiqləri yoxdur. “YouTube”un proqram hazırlayacağı məlum olsa da, digər servislərdən rəsmi açıqlama gəlməyib.

Elon Musk "SpaceX"i başqa yerə köçürür

Elon Musk got 4,000 SpaceX workers to join a COVID-19 study. Here's what he  learned. | Fox Business

Elon Musk "X" platformasında verdiyi açıqlamada "SpaceX"i Texas ştatına köçürmək qərarına gəldiyini açıqlayıb. Məlum olub ki, buna səbəb hazırda şirkətin yerləşdiyi Delaverin Musk-a qarşı verdiyi mənfi məhkəmə qərarı olub. Bu qərardan qəzəblənən Musk Delaverdə şirkəti olan hər kəsə vaxt itirmədən başqa ştatlara köçməyi tövsiyə edib. Bununla belə, Delaver dairə məhkəməsi Elon Musk-ın “Tesla”nın Baş direktoru vəzifəsində işinə görə aldığı 56 milyard dollar mükafatın şişirdilmiş olduğu qənaətinə gəlib. Musk bundan sonra “Tesla”nı “Texasda” qeydiyyata salmaq niyyətində olduğunu bildirib.

"Google"un yeni nəsil süni intellekt modeli Gemini 1.5 elan edildi

"Google"un yeni nəsil süni intellekt modeli Gemini 1.5 bu yaxınlarda rəsmi olaraq təqdim edilən "Gemini"nin yeni versiyasıdır. Bu süni intellekt modelini korporativ istifadəçilər sınaya bilər. Yeni sistemin daha sonra hər kəs üçün istifadəyə veriləcəyini bildirən şirkət 1.5 versiyası ilə daha əhatəli məhsuldar süni intellekt təcrübəsi vəd edir.

Posted 
Feb 16, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All