Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

100 saat batareya ömrü olan ağıllı saat “OnePlus Watch 2” elan edildi

OnePlus 3 illik fasilədən sonra yeni model ağıllı saatı OnePlus Watch 2-ni təqdim etdi. Cihazın dizaynı və bəzi xüsusiyyətləri məlum olsa da, rəsmi olaraq açıqlama verilməyib. Bununla belə, yeni model fevralın 26-da tam təfərrüatları ilə rəsmi olaraq təqdim ediləcək. OnePlus-a görə, saat “Smart Mode” adlı rejimlə 100 saata qədər batareya ömrü təqdim edə biləcək.

"Gemini Advanced" faydalı "Python" qurğusu ilə yeniləndi

Gemini Advanced paketinin abunəçiləri artıq Python kodunu birbaşa Gemini istifadəçi interfeysində redaktə edə və onları tez bir zamanda test üçün işə sala bilərlər. Bu qurğu sizə kodla təcrübə aparmağa və dəyişikliklərin necə təsir etdiyini görməyə imkan verəcək. Bu interaktiv öyrənmə təcrübəsi kodlaşdırma anlayışlarını daha effektiv başa düşməyə kömək edə bilər.

"WhatsApp" profil şəkillərini skrinşot etmək mümkün olmayacaq

Tərtibatçılar "WhatsApp"da profil şəkli skrinşotlarının çəkilməsini qadağan etməyə hazırlaşırlar. Profil şəklinin skrinşotunu çəkməyə çalışdığınız zaman bunun mümkün olmadığını qeyd edən bildiriş görünəcək. Oxşar məhdudiyyətə bank proqramlarında və ya “Telegram” mesencerində də rast gəlmək mümkündür. "WaBetaInfo" “X”də paylaşdığı yeni xüsusiyyətin sınaq mərhələsində olduğunu bildirib.

"Apple" ağıllı üzük modelləri üçün işləri sürətləndirib

Apple rumored to be working on an 'Apple Ring' smart device – Apple World  Today

Koreyanın “Electronic Times” qəzetinin əldə etdiyi məlumata görə, “Apple” öz ağıllı üzüyü üzərində işləri sürətləndirib. İddiaya görə, "Apple" ağıllı üzük üçün müəyyən kriteriyaları nəzərə alaraq bazarı yaxından izləməyə başlayıb. Qeyd edək ki, şirkətin bu addımı "Samsung"un bu yaxınlarda "Galaxy Ring"i elan etməsindən sonra baş verib.

"Gemini" "Google Asisstant"ın yerinə keçməyə başlayıb

Gemini AI replacing Google Assistant by default

“Google” son həftələrdə Gemini Android tətbiqini təqdim etmişdi. Bu proqram Android telefon sahiblərinə Google Assistant-dan Gemini-yə keçmək və onu telefonlarında defolt AI köməkçisi etmək imkanı verdi. İndi məlum olub ki, şirkət “Assistant” xidmətini tamamilə söndürməyə başlayıb.

Posted 
Feb 21, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All