"X" "End-to-end encryption" direkt mesajlaşma funksiyasını müvəqqəti olaraq deaktiv edib. Artıq istifadəçilər yeni şifrəli mesaj göndərə bilməyəcək, lakin əvvəlki mesajlara baxa biləcəklər.

Şirkətin texniki komandası bu xüsusiyyətin inkişaf etdirildiyini açıqlayıb, lakin yenidən nə vaxt aktivləşdiriləcəyi barədə dəqiq tarix verilməyib. Xatırladaq ki, bu sistem yalnız mətn və linkləri şifrələyirdi, media faylları, qrup söhbətləri və cihaz dəyişiklikləri isə əhatə olunmurdu.
Daha çox
Daily
kateqoriyasından
View All