Xbox növbəti nəsil konsolunu elan etdi.
Xbox “Project Helix” kod adı ilə yeni nəsil oyun konsolu üzərində işlədiyini açıqlayıb. Şirkət bununla konsol bazarında mövqeyini gücləndirməyi hədəfləyirYeni sistemin həm Xbox, həm də PC oyunlarını dəstəkləyəcəyi və performans baxımından əvvəlki modellərdən daha güclü olacağı bildirilir.
Microsoft Gaming-in yeni CEO-su Asha Sharma bildirib ki, Project Helix “Xbox-un geri dönüşü” strategiyasının əsas hissəsidir və layihə haqqında daha çox məlumat yaxın günlərdə açıqlanacaq.



