O

yunlar haqqında məqalələr yazan və texnoloji məzmunlu videolar hazırlayan Tiny öz istifadə etdiyi klaviaturanı gördükdə rəngli və əyləncəli bir klaviatura fikri tapır.

2019-cu ilin noyabrında başlayan bu layihə təxminən 11 aydan sonra tamamlanır. Bu yaradılış müddətində gildən hazırlanmış yemək konseptli 61 ədəd klaviatura düyməsi və cizgi filmi personajlarının klaviatura düymələri istehsal edir.

Tiny hazırladığı hər düymə qapağı üçün uyğun bir yemək seçir və beləliklə düymələrin yerini xatırlamağı asanlaşdırır. Məsələn, s hərfi üçün suşi, l hərfi üçün limon, y üçün yoğurt, o hərfi üçün Oreo, u hərfi üçün “Starbucks”ın Unicorn “Frappuccino”sundan istifadə edir. Bəzi düymələr hərflərə uyğun gəlmədiyinə görə daha yaradıcı olmaq lazım gəlir. Bu nöqtədə yeməklərin formalarına və ya düymələrin ifadə etdiyi şeylərə əsasən kiçik gillər yaradır.

Məsələn, & üçün alman simiti – pretzel hazırlayır. Simit kıvrımları iç-içə quruluşu ilə & düyməsinə bənzəyir.

Yemək Konseptli Klaviatura Düymələri
Yemək Konseptli Klaviatura Düymələri

Hər bir klavişin kiçik bir sənət əsəri olduğu layihədə məqsəd, faydalı və rahat bir təcrübə təmin etməkdənsə, gözoxşayan əyləncəli bir məhsul yaratmaqdır.

Tiny “Smorgasboard” adlandırdığı klaviaturasını sənət əsəri olduğu üçün evində nümayiş etdirməyi planlaşdırır. Bununla birlikdə, hazırladığı düymələri müəyyən dövrlərdə vebsaytda satışa qoyur.

Yemək Konseptli Klaviatura Düymələri
Posted 
Oct 15, 2020
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All