“Yemeksepeti” hələlik yalnız Marmaris ərazisinə “Jet Ski” ilə çatdırılmalara başladığını açıqlayıb.

Son dizayn dəyişikliyinə görə böyük tənqidlərə məruz qalan və məhz buna görə əhəmiyyətli sayda istifadəçi itirməyə başlayan “Yemeksepeti”nin mövzu ilə bağlı yayımladığı videoda belə deyilir: “Türkiyədə yeməyin və sürətli ticarətin qabaqcıl markası olaraq innovativ çatdırılma xidmətlərimizə daha birini əlavə etdik. Marmaris bölgəsindəki gəmilərə ərazidə yerləşən üzv restoranlardan “Jet Ski” ilə çatdırılma xidmətinə başlayırıq”.

“Yemeksepeti” ötən aylarda İstanbulda avtonom robotlardan istifadə edərək çatdırılma üçün bəzi testlər həyata keçirdiyi xəbəri ilə gündəmə gəlmişdi. Rəsmi olaraq “Yemeksepeti YEBO” adı altında Bağdat küçəsində həyata keçirilən testlər çərçivəsində türk startapı “Delivers.ai” robot sistemindən istifadə olunurdu. Burada məqsəd yemək sifarişlərini motosikletli kuryerdən istifadə etmədən qısa məsafələrə daha tez çatdırmaq idi.

Səkilərə və ətrafa dəymədən hərəkət edə bilən bu robotlar yeməkləri isti saxlamaqla yanaşı, oğurluğa qarşı qabaqcıl təhlükəsizlik sistemi ilə də təchiz olunmuşdu. Uzaq məsafədən izlənilə bilən bu nəqliyyat vasitələri ehtiyaca uyğun olaraq müxtəlif ölçülərdə də dizayn edilə bilir.

Posted 
Aug 9, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All