Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Linktree-nin istifadəçi sayı 50 milyonu keçib 

Celebrating 50 Million Linkers on Linktree! - Linktree

Bu rəqəm şirkətin 2019-cu ildə sahib olduğu 2,7 milyon istifadəçi ilə müqayisədə əhəmiyyətli artımı əks etdirir. Şirkət ardıcıl olaraq inkişaf edir və cəmi 5 ay ərzində təqribən 10 milyon istifadəçi qazanıb.

Dekabr ayında şirkət TechCrunch-a bildirib ki, onun 41 milyon istifadəçisi var. Bu rəqəm mart ayında 47 milyona çatdı. Qeyd edək ki, Linktree bazarda ən yaxşı link-in-bio alətlərindən biri hesab olunur.

Shazam-a "Live Activities" adlı yeni xüsusiyyət gəlib

Shazam

Bu yeni funksiya sayəsində istifadəçilər başqa bir proqramda olarkən "Dynamic Island"də mahnı axtara biləcəklər. Bu yeni xüsusiyyət iOS 15 və daha yuxarı versiyada olan bütün iPhone-lara və iPadOS 15 və daha yuxarı versiyada olan bütün iPad-lərə gəlib.

Yaxın Şərq və Mərkəzi Asiyada innovativ bulud həlləri və proqramları yaradılıb

Yaxın Şərq və Mərkəzi Asiyada məlumatların intellektual emalının sürətləndirilməsi üçün innovativ bulud həlləri və proqramları yaradılıb

Mayın 15-də Azərbaycanda, Bakıda “Xidmət kimi bütün sahələr üzrə məlumatların intellektual emalının sürətləndirilməsi” mövzusunda Huawei Cloud TechWave 2024 Sammiti keçirilib. “Huawei Cloud” Yaxın Şərq və Mərkəzi Asiya üzrə prezidenti Alan Qi “Huawei Cloud”un regionlar üzrə rəqəmsal transformasiyanın sürətləndirilməsi üzrə səylərini bir daha vurğulayıb.

“Bulud texnologiyası rəqəmsal və intellektual dövrün əsas elementidir və “Huawei Cloud” sistematik yenilikləri, geniş sənaye təcrübəsi və intellektula emala keçidinizi sürətləndirəcək və biznes uğurunuzu artıracaq inkişaf edən rəqəmsal ekosistemi ilə seçilir” deyə o bildirdi.

Daha qabaqcıl iqtisadi artıma və vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına nail olmaq üçün Azərbaycan milli rəqəmsallaşma strategiyasını və innovasiya planını işləyib hazırlamışdır. Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva açılış nitqi ilə çıxış edərkən bildirib ki, “Rəqəmsallaşmaya dair vizyonumuz, qabaqcıl texnologiyanın dövlət xidmətlərini təkmilləşdirdiyi, rəqəmsal savadlılığı artırdığı və innovasiya ekosistemini inkişaf etdirdiyi, bütün vətəndaşlar üçün davamlı inkişaf və həyat keyfiyyətini yaxşılaşdıran qüsursuz inteqrasiya olunmuş rəqəmsal cəmiyyət yaratmaqdır”.

Tədbirdə açılış nitqi ilə çıxış edən “Huawei Cloud” Yaxın Şərq və Mərkəzi Asiya üzrə prezidenti Alan Qi

“Huawei Hybrid Cloud”un vitse-prezidenti Hu Yuhai bildirdi ki, “Huawei Cloud” hazırda 88 əlçatanlıq zonası (AZ) ilə 30 regionda xidmətlər təqdim edir və 21,9% əhəmiyyətli irəliləyişə nail olmuşdur. Hu Yuhai açılış nitqində “Huawei Cloud Stack 8.3”ün Yaxın Şərq və Mərkəzi Asiyada təqdim edildiyini elan etdi. “Huawei Cloud Stack hökumətlərə və müəssisələrə bulud texnologiyalarından daha geniş istifadə etməyə, intellektual həllər tətbiq etməyə və rəqəmsal imkanları ortaya çıxarmağa kömək etmək üçün etibarlı bulud infrastrukturu, innovativ bulud imkanları və zəngin sənaye nou-hausu təmin edir." deyə o bildirdi.

O, həmçinin bulud xidmətlərinin dünyanı necə dəyişdirdiyini nümayiş etdirən Cloud texnologiyalarından daha geniş istifadə vizyonu mövzusunda analitik hesabat təqdim etdi. Açılış nitqini yekunlaşdıraraq, o, hökumət və müəssisələrin müştərilərini və tərəfdaşlarını keçmiş virtuallaşdırma ilə vidalaşmağa çağıran və cloud-native, süni intellekt AI və böyük data qəbul etməyə təşviq edən Leap2Cloud təşəbbüsünü elan etdi.

Ağıllı dünya üçün Bulud təməlinin qoyulması

Dünya təməl modellər və AIGC tərəfindən idarə olunan yeni intellekt dövrünə qədəm qoyur. Məlumatların intellektual emalını sürətləndirmək üçün sistemli innovasiyalar tələb olunur.

“Huawei Public Cloud”un Məhsulların İdarə Edilməsi üzrə Vitse-Prezidenti Tim Chen “Cloud for AI’” “AI for Industries” vasitəsilə davamlı innovasiyalarla süni intellektə əsaslanan bulud təməlinin qurulması ilə bağlı fikirlərini bölüşdü.

“Cloud for Al” strategiyası çərçivəsində Huawei Cloud, sistemli innovasiyalar vasitəsilə intellektual bulud infrastrukturu yaratmaq üçün buludlar, şəbəkələr, edge-lər və terminallar arasında yerləşdirmə və istifadəni dəstəkləmək üçün məhsullar və həllər hazırlayıb.

YouTube yeni bir dizaynı sınaqdan keçirir

YouTube əvvəllər sınaqdan keçirdiyi və heç kimin bəyənmədiyi dizaynı yenidən sınaqdan keçirməsi ilə gündəmə gəlib. YouTube-un yeni interfeysində bütün şərhlər, xüsusilə videonun başlığı və təsviri məlumatları kənara köçürülür. Digər video təklifləri daha böyük sahədə, videonun aşağı hissəsində verilir. Yenilənmiş interfeysin bütün istifadəçilərə təklif edilib-edilməyəcəyi hələlik bəlli deyil.

X profillərdəki "Bəyənilər" bölməsini silmək qərarına gəlib

X profillərdəki "Bəyənilər" bölməsi tamamilə ləğv edəcək. Yeni dövrdə hesab sahibləri postlarını kimin bəyəndiyini görməyə davam edəcək. Bununla belə, profilə daxil olanlar hesab sahibinin nəyi bəyəndiyini görə bilməyəcək.

Posted 
May 23, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All