100 milyon Threads istifadəçisi haradadır?

Threads Becomes Most Rapidly Downloaded App as Twitter Threatens Meta - The  New York Times

Threads-in sürətlə böyüməsinə baxmayaraq, Twitter-ə alternativ olaraq təklif olunan bu yeni platforma insanların diqqətini cəlb etmək üçün mübarizə aparır. Bildirilib ki, keçən həftə gündəlik aktiv istifadəçilər 20% azalıb. Threads-in ikinci həftəsində platformadan istifadə sayı isə 50 % aşağı düşüb.

Twitter-in reklam gəlirləri 2 dəfə azalıb

Twitter is increasing the price of Twitter Blue from $2.99 to $4.99 per  month | TechCrunch

2022-ci ilin oktyabr ayından bəri Elon Musk platformanın problemləri ilə mübarizə aparır. Həm interfeys dəyişiklikləri, həm də Twitter Blue kimi abunə sistemləri ilə platforma üzərində işləyən Musk hələ də qazanc əldə etməyib. Musk-ın açıqlamasına görə, Twitter-in gəlirləri hələ də mənfidədir. Musk bunun səbəbini artan borclarla birlikdə reklam gəlirlərinin 50% azalması ilə əlaqələndirir. Musk-ın bu cavabı Twitter-in bəzi məzmun yaradıcılarına ödəniş etməyə başlamasından sonra gəlib.

YouTube "sabit səs" funksiyasını sınaqdan keçirməyə başlayıb

How Is YouTube Performing Now That 2022 Is Ending? | MarkMeets |  Entertainment, Music, Movie, TV & London Film Premiere News

YouTube öz platformasına “sabit səs” adlı funksiya gətirməyə başlayıb. Bu funksiyanın videoda ani səs partlayışlarını aradan qaldıracağı gözlənilir. Funksiya işə salındıqda videoların səsi nə baş verməsindən asılı olmayaraq müəyyən səviyyədə qalacaq. Hazırda sınaq məqsədi ilə çox az istifadəçidə olan bu xüsusiyyət hələ tam təfərrüatlı açıqlanmayıb.

Hərracda daha bir iPhone rekord qiymətə satıldı

iPhone

Keçirilən hərracda 2007-ci il istehsalı olan iPhone 158 000 dollara satıldığı açıqlanıb. Həmin iPhone-un cihaz üzərində çalışan keçmiş Apple mühəndisinə məxsus olduğu açıqlanıb. Yeni alıcının adı isə paylaşılmayıb. LCG Auctions tərəfindən təşkil edilən satışda telefonun 4 GB model olduğu və aşağı satış səbəbiylə cəmi 2 ay sonra dayandırıldığı vurğulanıb. Qeyd edək ki, keçən il xaricdə keçirilən hərracda ilk iPhone modellərindən biri 35 min dollara satılmışdı.

Threads üçün DM funksiyası yoldadır

Meta Threads-ə DM funksiyasını gətirmək üçün işləri sürətləndirib. Yeni funksiya ilə Instagram-dakı bəzi DM xüsusiyyətlərinin Threads-ə gələcəyi gözlənilir. Bu əslində Threads üçün çox yaxşı xəbər olaraq görülür. Çünki DM funksiyasının əlavə edilməsi o deməkdir ki, platformada başqa istifadəçi ilə şəxsi söhbət etmək istəyən hər kəs bunu Threads-dən çıxmadan edə biləcək. İstifadəçilər həmçinin Instagram hesablarını silmədən Threads hesablarını silmək seçimini istəyirlər. CEO Mosseri, bu problemdən xəbərdar olduqlarını və həll yolu üzərində çalışdıqlarını bildirib.

Sony Microsoft ilə 10 illik Call of Duty müqaviləsini təsdiqləyib


Microsoft-un 2022-ci ilin yanvar ayında təqdim etdiyi orijinal müqavilə təklifinə "Call of Duty seriyasının gələcək versiyaları və ya digər cari Activision seriyalarını 31 dekabr 2027-ci ilə qədər Sony-də saxlamaq" daxil idi. Lakin sonradan müqavilənin şərtlərinin dəyişdiyi bildirilib. Sony təklif olunan Activision Blizzard-ın alınmasından sonra Call of Duty seriyasını PlayStation-da saxlamaq üçün Microsoft ilə 10 illik müqaviləni təsdiqləyib. Microsoft Gaming CEO-su Phil Spencer Sony və Microsoft arasında Call of Duty-ni PlayStation-da saxlamaq üçün "məcburi razılaşma" olduğunu bildirib.

Posted 
Jul 17, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All