Prezident İlham Əliyev 2026–2029-cu illər üçün Rəqəmsal İqtisadiyyat Strategiyasını təsdiqləyib.

Strategiya ölkədə rəqəmsal iqtisadiyyatın inkişafını sürətləndirməyi, rəqəmsal dövlət xidmətlərini təkmilləşdirməyi, bizneslərdə innovasiya və rəqəmsal həllərin tətbiqini genişləndirməyi, kibertəhlükəsizliyi gücləndirməyi və rəqəmsal infrastrukturun möhkəmləndirilməsini hədəfləyir.

Strategiya çərçivəsində startapların inkişafı əsas prioritetlərdən biridir. 2029-cu ilə qədər ölkədə 250 yeni startapın yaranması, 15 startap və tədqiqat layihəsinin həyata keçirilməsi, 10 yeni rəqəmsal məhsul və xidmətin bazara çıxarılması, həmçinin 25 davamlı startapın formalaşdırılması planlaşdırılır.

Biznes dəstəyi sahəsində beynəlxalq e-ticarət platformaları, o cümlədən Amazon və AliExpress ilə əməkdaşlıq gücləndiriləcək, spin-off layihələrinin 20%-i kommersiyalaşdırılacaq və bir pilot kraudfandinq platforması vasitəsilə 50 biznes layihəsi maliyyələşdiriləcək.

Rəqəmsal infrastrukturun inkişafı üçün iki və daha çox beynəlxalq standartlara uyğun data mərkəzi fəaliyyət göstərəcək," Rəqəmsal Əkiz" modelinin tətbiqi nəzərdə tutulur və “Açıq Reyestrlər” informasiya platforması yaradılacaq. Bundan əlavə, azı bir açıq mənbə platformasına (məsələn, GitHub) ödənişsiz çıxış təmin ediləcək.

Təhsil və kadr potensialının artırılması istiqamətində beş yeni texnoloji peşə proqramı ilə 500 məzunun hazırlanması, xaricdə illik 200 nəfərlik təqaüd və 50 İKT təqaüdü ayrılması, iki karyera və mentorluq proqramı ilə 2 000 nəfərin iştirak etməsi, həmçinin bir rəqəmsal öyrənmə platformasının istifadəyə verilməsi planlaşdırılır.

Strategiyanın əsas məqsədi iqtisadiyyatın rəqəmsallaşmasını sürətləndirmək, dayanıqlı iqtisadi artımı təmin etmək və texnoloji bacarıqlara malik kadr potensialını artırmaqdır.

Posted 
Dec 11, 2025
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All