8,000 BTC-ni zibilə atan britaniyalı yeni plan qurub!
İngiltərədən olan James Howells, illər əvvəl içində 8,000 BTC olan sərt diski səhvən zibilə atmışdı. Uzun müddət Newport zibilxanasını qazaraq onu tapmağa çalışsa da, artıq bu yoldan imtina edib.
Lakin Howells bu sərvətdən hələ də ümidini üzməyib. Yeni strategiyasına əsasən, o, məhkəmə tərəfindən tanınan mülkiyyət hüququnu tokenləşdirərək rəqəmsal formada təqdim etmək istəyir.
Bu addım onun həm hüquqlarını qorumağı, həm də potensial investorların marağını cəlb etməyi hədəfləyir. Kriptodakı bu dramatik hekayə, illər sonra da diqqət çəkməyə davam edir.
Daha çox
Daily
kateqoriyasından
View All