A

dobe süni intellekt vasitəsilə yeniliklər etməyə davam edir.

"Project Stardust" adlı süni intellekt mühərriki haqqında təqdimat videosunu paylaşan Adobe, Photoshop dünyasında inqilab edəcək bir inkişafla gündəmə gəlib.

Qrafika ilə maraqlanan şəxslər, istər peşəkarlar, istərsə də həvəskarlar, bəzən üzərində işlədikləri işə çox vaxt ayırmalı olurlar.  Adobe-nin yeni süni intellekt mühərriki Project Stardust məhz bu məsələyə diqqət yetirir. Yeni alət Photoshop işində təsvirin bir kliklə dəyişdirilməsinə və təkmilləşdirilməsinə imkan verəcək. Paylaşılan videoda göründüyü kimi istənilən obyektin yerini asanlıqla dəyişmək mümkündür.

Məsələn, videoda gördüyümüz sarı çamadanı daşımaq, gizlətmək və hətta başqa bir obyektə çevirmək olar.  Videonun davamında görünən şəxsin geyindiyi pencəyin forması və rəngi asanlıqla dəyişdirilə bilər. Belə dəyişikliklərin heç bir texniki bilik və bacarıq tələb etmədən bir kliklə şəkillər üzərində edilə bilməsi süni intellektin gücünü və Adobe-nin uğurunu göstərir.

Adobe Teases Amazing AI Photo Editing Where Everything's a Layer | PetaPixel

Süni intellekt həvəskarlara da fotoşəkilləri redaktə etməyə imkan verir.

Oktyabrın 10-da keçiriləcək Adobe Max tədbirində təqdim edilməsi gözlənilən bu yenilik dizayn dünyasına yeni nəfəs gətirəcək.

Posted 
Oct 6, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All