Bu investisiya ilə OpenAI-ın dəyəri 830 milyard dollara çata bilər.
Wall Street Journal-ın məlumatına görə, Amazon OpenAI-yə 50 milyard dollar həcmində investisiya yatırmaq üçün danışıqlar aparır. Bu addım OpenAI CEO-su Sam Altman-ın əlavə 100 milyard dollar kapital toplamaq planının bir hissəsidir və mümkün IPO ərəfəsində şirkətin dəyərini 830 milyard dollara yüksəldə bilər.
Amazon CEO-su Andy Jassy bu məsələdə Sam Altman-la birbaşa əlaqədədir, lakin razılaşmanın detalları hələ yekunlaşmayıb. Eyni zamanda SoftBank-ın da əlavə 30 milyard dollarlıq investisiya ilə bu raundda iştirakı gözlənilir.
Amazon hazırda OpenAI-nin rəqibi Anthropic-ə 8 milyard dollar sərmayə qoysa da, süni intellekt infrastrukturunu genişləndirmək üçün alternativ əməkdaşlıqlara yönəlir.



