Apple CEO-su Tim Cook Nike səhmlərinə 3 milyon dollar yatırım edib.  
Apple CEO-su Tim Cook açıq bazardan Nike şirkətinin 50 min ədəd B sinifli səhmini alıb. Səhmlərin orta qiyməti 58,97 dollar olub və ümumi sərmayə təxminən 3 milyon dollar təşkil edib. Bu açıqlamadan sonra Nike səhmləri 2–5% aralığında yüksəlib. Alış şirkətin son maliyyə hesabatından sonra səhm qiymətlərinin düşdüyü və Nike-ın yenidənqurma mərhələsində olduğu dövrə təsadüf edir.
Tim Cook 2005-ci ildən Nike-ın idarə heyətinin üzvüdür və 2016-cı ildən şirkətin aparıcı müstəqil direktorudur. Bu əməliyyat onun son illərdə Nike səhmləri üzrə ən böyük şəxsi alışı hesab olunur.

Posted 
Dec 26, 2025
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All