Azərbaycanda kriptovalyuta əməliyyatları tam izləniləcək və qeydə alınacaq.

Bu addım vergidən yayınmanın və çirkli pulların yuyulmasının qarşısını almaq məqsədi daşıyır.

2028-ci ildən etibarən Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) CARF standartlarına qoşularaq kripto əməliyyatları barədə məlumatları toplamağa və həmin standartları qəbul edən ölkələrlə məlumat mübadiləsinə başlayacaq.

Yeni tələblər mərkəzləşdirilmiş birjalar (CEX), bəzi mərkəzləşdirilməmiş platformalar (DEX), kripto bankomatlar və brokerlərə şamil olunacaq. Toplanan məlumatların təkcə vergi hesabatı üçün deyil, kripto aktiv sahiblərinin müəyyənləşdirilməsi üçün də istifadə oluna biləcəyi bildirilir.

Posted 
Jan 7, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All