Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Fintex Assosiasiyası (AzFina) və "PashaPay" şirkətinin təşkilatçılığı ilə 3 sentyabr 2025-ci il tarixində keçirilən "Fintex Üfüqləri Forumu" ölkənin maliyyə texnologiyaları sahəsindəki ən mühüm tədbirlərdən biri olaraq önə çıxıb. Forumda AniPay (Ani Ödənişlər Sistemi - AÖS), Hökumət Ödəniş Portalı və QR ödənişlər kimi rəqəmsal ödəniş həllərinin inkişafı, fintex ekosisteminin gələcəyi və rəqəmsal transformasiya istiqamətləri müzakirə edilib.

Tədbirdə dövlət qurumları, kommersiya bankları, fintex şirkətləri, ödəniş texnologiyaları təminatçıları, investorlar, diplomatik nümayəndəliklər və akademik institutların təmsilçiləri iştirak edib. Ümumilikdə 1500-dən çox nümayəndənin iştirakı ilə keçirilən forumda 50-yə yaxın yerli və beynəlxalq spiker maliyyə texnologiyalarındakı trendləri və qabaqcıl təcrübələri bölüşüb.

Forumun əsas məqsədi bankçılıq və maliyyə ekosistemində yeni trendləri, innovativ həlləri, Fintex tərəfdaşlıqlarını və kibertəhlükəsizliyi müzakirə edərək, rəqəmsal transformasiyanın və innovasiya yönümlü əməkdaşlığın aparıcı platforması kimi çıxış etmək olub. Tədbir çərçivəsində 7 tematik panel üzrə yüksək səviyyəli müzakirələr aparılıb və müxtəlif sahələrdən olan mütəxəssislər öz bilik və təcrübələrini iştirakçılarla bölüşüb.

Bu cür tədbirlər Azərbaycanın maliyyə texnologiyaları sahəsindəki mövqeyini gücləndirib, regionda rəqəmsal transformasiyanın və innovasiyanın inkişafına töhfə verib.

Posted 
Sep 4, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All