Azərbaycan İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən "Beynəlxalq Standartlaşdırma Təşkilatı (#ISO) tərəfindən təşkil olunan "Süni intellekt idarəetmə və standartlarında bacarıqların artırılması" layihəsində və Xeyir üçün Süni İntellekt Zirvə Görüşündə (Al for Good Summit) təmsil olunub.

“AI for Good” Zirvəsi, BMT-nin tabeliyində fəaliyyət göstərən Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) təşəbbüsü ilə təşkil olunur və burada süni intellektin sosial rifah, səhiyyə, təhsil, ətraf mühit və digər sahələrdə müsbət istifadəsi yolları müzakirə edilir.

Bu cür iştiraklar həm də Azərbaycanın qlobal AI siyasətlərində söz sahibi olmaq, öz milli süni intellekt strategiyasını daha güclü şəkildə qurmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Posted 
Jul 15, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All