Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

X-də canlı yayımlar üçün yeni funksiya təqdim olunub

“Streamlabs” problemsiz canlı yayım təcrübəsini təmin etmək üçün X inteqrasiyası çərçivəsində yeni xüsusiyyətlər açıqladı. İnteqrasiya sayəsində artıq “Streamlabs”ın masaüstü versiyası və mobil proqramı vasitəsilə X hesabına daxil olmaq mümkün olacaq. Bundan əlavə, söhbət ekranında kimin mesaj yaza biləcəyi də filtrlənə bilər. Məsələn, "yalnız təsdiqlənmiş" və ya "yalnız abunəçilər" kimi seçimlər təklif olunur.

Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb

Hospital Management Software: An Essential Guide - AppleTech

"Report" xəbər verir ki, bu barədə Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında məlumat verib. Onun sözlərinə görə, artıq paytaxtda bir çox xəstəxanada onlayn növbə sistemi fəaliyyətə başlayıb. İlk olaraq Bakıdakı xəstəxanalar onlayn növbə sistemindən faydalana biləcək. Yeni xüsusiyyət vasitəsilə vətəndaşlar öz növbələrini əvvəlcədən rahat şəkildə götürə biləcəklər.

Minecraft-a rəqib olacaq LEGO Fortnite təqdim olundu

Epic Games bu yaxınlarda məşhur oyunu Fortnite üçün xüsusi əməkdaşlıq elan etdi. Bu əməkdaşlıq ilə birgə Fortnite və LEGO markalarının bir araya gələcəyi, bununla da yeni bir oyunun təqdim olunacağı bildirildi. Beləliklə, əməkdaşlığın nəticəsi olaraq ortaya çıxan yeni LEGO Fortnite oyunu istifadəçilər üçün aktivləşib. Qeyd edək ki, Minecraft-a rəqib olacaq bu yeni oyun Fortnite daxilində oyunçulara pulsuz təklif olunur.

Samsung Galaxy AI ilə debüt etməyə hazırlaşır

Samsung Gauss AI Unveiled: A Revolution Set to Power Galaxy S24 - Men's  Journal Tech Trends: Stay Ahead with Tech News, Rumors & Deals

Samsung süni intellektə əsaslanan Galaxy AI ilə bazara çıxarılan məhsullarına yeni imkanlar gətirəcək. Əvvəlcə Galaxy S24 seriyası ilə başlayacaq, lakin daha sonra diqqəti digər Galaxy cihazlarına yönəldəcək. Yeni infrastruktur birbaşa cihaz daxilində bir çox maraqlı və faydalı imkanlar təqdim edəcək. Bununla yanaşı, daimi internet bağlantısına ehtiyac qalmayacaq.

Elon Musk-ın yeni AI aləti Grok istifadəyə verilib

Grok

X-in süni intellektlə dəstəklənən çatbotu Grok X Premium+ istifadəçilərinə çatmağa başlayıb. İstifadəçilər tərəfindən edilən paylaşımlar "Grok"un həqiqətən əyləncəli olacağını göstərir. Qeyd edək ki, Grok tədricən X Premium+ abunəçiləri üçün əlçatan olacaq. Bu o deməkdir ki, hazırda bütün abunəçilər bu süni intellektlə dəstəklənən söhbət botundan istifadə edə bilməyəcəklər.

Posted 
Dec 8, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All