Sosial şəbəkələrdə yayılan elanlardan birində mobil nömrənin 120 min manata satışa çıxarıldığı bildirilib.
Bu barədə Oxu.az məlumat paylaşıb.
Instagram üzərindən fəaliyyət göstərən mobil nömrə satış səhifələrində müxtəlif qiymət aralığında nömrələrə rast gəlmək mümkündür. Satıcı tərəf bildirib ki, bu cür bahalı nömrələr nadir hallarda alıcı tapır:
“Əsasən ‘200’ prefiksi ilə başlayan nömrələr satılır. Hazırda bazarda durğunluq var. İndiyədək ən yüksək satış 60–70 min manat civarında olub”.
Daha çox
Biznes
kateqoriyasından
View All



