Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda 2 yeni DATA mərkəzi istifadəyə veriləcək

Data Centers | UL Solutions

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında bildirib"

"Bu, Azərbaycanın bulud xidmətləri sahəsində imkanlarını genişləndirəcək. Artıq 100-dən çox dövlət qurumu “Hökumət Buludu”na inteqeasiya edilib. Hazırda bulud xidmətləri Bakı və Yevlaxda yerləşən 2 data mərkəzindən idarə edilir. Məhz bu xidmətlərin genişləndirilməsi məqsədi ilə 2 yeni data mərkəz yaradılır. Artıq bunun üçün beynəlxalq tərəfdaş da cəlb etmişik".

Apple Watch üçün gözlənilən funksiyalar nəhayət əlçatan olub

Apple bu yaxınlarda watchOS 10.1 yeniləməsini buraxdı. iOS 17.1, iPadOS 17.1 və macOS Sonoma 14.1 ilə yanaşı, “Watch” smart saatları üçün watchOS 10.1 də istifadəçilərə təklif edilib. Bununla da, sentyabr ayında watchOS 10 üçün təqdim olunan yeniliklər artıq əlçatan olub.

MediaZone Mynet-i satın aldı

1999-cu ildə qurulmuş Türkiyənin ilk türk internet platforması olan Mynet Mediazone tərəfindən alınıb. Mediazone imzalanan satınalma müqaviləsi çərçivəsində Mynet-in veb oyunları bölməsinin idarəsini öz üzərinə götürəcək. Bununla da, 2 qurum rəqəmsal media sahəsinə yenilik və dəyər qatmağı hədəfləyir.

Instagram "qeydlər" üçün yeni funksiyanı sınaqdan keçirməyə başlayıb

What are Instagram Notes and how to use them [Full Guide]

Platformanın rəhbəri Adam Mosseri yeni sınaq prosesini açıqlayıb. "Qeydlər" funksiyası üçün selfi videolarının paylaşılması prosesi tezliklə başlayacaq. Mosseri bu mövzuda bunları deyib: “Bu həftə biz Notes-da selfi videoları yayımlama xüsusiyyətini sınaqdan keçirməyə başladıq. Tezliklə "Qeydlər" hissəsində profil şəklinizə qısa bir video əlavə edə biləcəksiniz".

Yeni Apple qələminin videosu paylaşıldı

USB-C dəstəyi ilə yeni Apple Pencil-dən necə istifadə olunacağını göstərən video paylaşılıb. Qiyməti 79 dollar olan yeni Apple Pencil 99 və 129 dollara satılan birinci və ikinci nəsil Apple Pencil modelləri ilə müqayisədə daha sərfəli seçimdir. Instagram və TikTok-da paylaşılan video ilk dəfə Apple Pencil-i bu qədər detallı şəkildə görməyə imkan verir.

Posted 
Oct 26, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All