Y

aradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda 3 internet provayder və operatorunun fəaliyyəti dayandırılıb!

Azərbaycanda internet provayder və operatorları kimi fəaliyyət göstərən “İzone” MMC, “Technonet” MMC“Internet Service Provider” MMC-ləri ləğv edilib. Bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb. Bildirilib ki, şirkətlər könüllü müraciət əsasında ləğv edilib. Müraciətlərdə uçotun ləğv edilmə səbəbi kimi şirkətlərin fəaliyyətinin dayandırılması göstərilib. Həmçinin internetin təkrar satışı xidmətini göstərən “Azintelnet” MMC-nin müraciəti əsasında onun uçota alınması həyata keçirilib. Bununla da uçota alınan operator və internet provayderlərinin sayı 153 olub.

Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artıb!

Ookla-nın dekabr ayını əhatə edən hesabatına görə, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq ortalama 35.25 Mbit/s-i keçib. Qeyd edək ki, 2022-ci ilin dekabr ayında Azərbaycanda genişzolaqlı internetin sürəti 27.15 Mbit/s olub. Öncəki dövrlə müqayisədə bu, 30%artım deməkdir. Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində müxtəlif tutumlu mis kabellər və əvvəlki dirəklər istismardan çıxarılaraq kütləvi şəkildə müasir standartlara cavab verən fiber-optik kabellərlə və yeni dirəklərlə əvəzlənir.

Until Dawn PS5 və kompüter üçün təqdim olunur!

Yeni hesabatlar ortaya qoydu ki, Until Dawn fərqli platformalara yenilənmiş formada gələ bilər. Etibarlı mənbələrin paylaşımlarına əsasən Supermassive Games Until Dawn oyununun PlayStation 5 və kompüter versiyası üzərində işləyir. Twitter-də paylaşılan yeni sızma məlumatlar yeni Until Dawn versiyasının ən azı bir ildir inkişaf mərhələsində olduğunu ortaya qoydu. Bununla belə, bunun yeni nəsil cihazlar üçün yenidən işlənmiş və ya daha böyük təkmilləşdirmə olduğu dəqiqləşmiş məlumat deyil. Qeyd edək ki, yeni oyunun Until Dawn adı ilə çıxacağı deyilir.

Microsoft-un 3 trilyon dollarlıq bazar dəyəri!

Microsoft-un bazar dəyəri bugünkü səhm artımı ilə 3 trilyon dolları keçdi. Son həftələrdə Microsoft 2021-ci ildən bəri ilk dəfə olaraq Apple-ı geridə qoyub, zirvəyə yüksəlmişdi. Lakin bu çox çəkmədi və o, yenidən ikinci yerə düşdü. Microsoft bunu 48 illik fəaliyyətində ilk dəfə bacara bildi. O, həmçinin Apple-dan sonra bazar dəyərini 3 trilyon dolları keçən ikinci şirkət oldu. Microsoftun səhmləri hazırda təxmini olaraq, 404,88 trilyon dollara satılır.

NVIDIA avtonom avtomobillərə sürücülük vəsiqəsi verməyə hazırlaşır!

Texnologiya nəhənglərindən biri olan NVIDIA avtonom sürücülük texnologiyalarının virtual sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını təmin edəcək “NVIDIA DRIVE Sim” proqramını genişləndirir. NVIDIA-ya əsasən bu avtomobillərin də vəsiqəsi olmalıdır və nəhəng şirkət bu sahədə addım atıb. “NVIDIA DRIVE Sim” adlı təşəbbüs avtonom idarəetmə texnologiyalarını sınaqdan keçirmək üçün istifadə olunacaq və uğurlu sistemlər sertifikatlaşdırılacaq. Bu simulyasiya çox sadə proseslərdən tutmuş irimiqyaslı, mürəkkəb modellərə qədər bir çox müxtəlif testlər üçün istifadə edilə bilər. Platforma sayəsində nəqliyyat vasitələrinin inkişaf prosesləri sürətləndirilə, avtonom avtomobillər də müəyyən standartda istehsal oluna bilər.

WhatsApp hərtərəfli olmağı planlayır!

Avropa Birliyinin qaydalarına riayət etmək üçün çalışan WhatsApp müxtəlif proqramlardan mesajların qəbulunu göndərilməsini təmin edəcək funksiya üzərində işləyir. WhatsAppiOS üçün TestFlight beta proqramına yeniləmə təqdim edir. Bu yeniləmənin ən əhəmiyyətli xüsusiyyəti, fərqli tətbiqlər arasında mesajlaşmanın Avropa Birliyi qaydalarına uyğun olaraq sınaqdan keçirilməsidir. WhatsApp bu yeniləmələrlə hətta WhatsApp hesabı olmayan insanların da platformada ünsiyyət qurmasına imkan verəcək. Tutaq ki, siz Telegram-dan istifadə edirsiniz, ancaq mesaj göndərmək istədiyiniz şəxs yalnız WhatsApp-dan istifadə edir. Hesabınız olmasa belə, həmin şəxsə mesaj göndərə və həmin şəxsdən mesaj ala biləcəksiniz. Beləliklə, daha geniş əhatəli ünsiyyət təcrübəsi əldə etmək mümkün olacaq

Death Stranding yaxında bütün Apple cihazlarında oynanıla biləcək!

Hideo Kojima-nın imzasını daşıyan Death Stranding, xüsusilə dağları və çəmənlikləri gəzdiyimiz, pandemiyanın ilkin mərhələlərində "karqo simulyatoru" başlıqlı bir istehsaldır . Bir az gecikmə olsa da, bu istehsal artıq Apple cihazlarında oynanıla biləcək. Yanvarın 30-da satışa çıxarılacaq oyunu oynamaq üçün Apple istifadəçiləri iPhone 15 Pro modellərindən birinə və ya M seriya çipli iPad və ya Mac-a sahib olmalıdırlar. Oyunun qiyməti 599 TL olacaq.

Posted 
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All