Azərbaycanda elektron siqaretlər və onların reklamını qadağan edən qanun layihəsi müzakirə olunur.

Bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Vergi Məcəlləsinə və “Reklam haqqında” qanuna təklif olunan dəyişikliklər çərçivəsində, elektron siqaretlər və elektron mayelər aksizli mallar siyahısından çıxarılır. Bu o deməkdir ki, birdəfəlik elektron siqaretlərə və elektron mayelərə tətbiq olunan vergi dərəcələri ləğv olunur.

Yeni qanun layihəsinə əsasən, tərkibində nikotin olub-olmamasından asılı olmayaraq, bütün elektron siqaretlərin reklamı qadağan edilir. Bu yanaşma, reklam məhdudiyyətlərini müasir anlayışlara uyğunlaşdırmaq və elektron siqaretlərin ictimai təşviqinin qarşısını almaq məqsədini daşıyır.

Posted 
Dec 16, 2025
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All