Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda kiber müharibə yarışı olacaq

Sketching Out the Rules for Offensive Cyber Operations - Defense One

Bakıda 26-27 oktyabr tarixlərində “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) tədbiri çərçivəsində kibermüharibə yarışı keçiriləcək. Məlumatı “Report”a Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi Tural Məmmədov bildirib. Onun sözlərinə görə, bu yarışda dövlət qurumları ilə yanaşı özəl sektorun nümayəndələri də iştirak edəcək:

“Bu yarışda kritik infrastruktura sadiq dövlət qurumları, banklar, mobil operatorlar, maliyyə sektoru, internet provayderlərin komandaları iştirak edəcək. Virtual kiber hücum həyata keçiriləcək və komandalara verilmiş virtual sistemlər vasitəsi ilə infrastrukturu necə qoruyacaqları yoxlanılacaq. Bu yarışla paralel kiberhəllər sərgisi keçiriləcək ki, burada da beynəlxalq vendorların məhsulları, həlləri ilə tanışlıq mümkün olacaq. Eyni zamanda paralel olaraq təhlükəsizlik konfransı və təlimlər təşkil olunacaq”.

Refik Anadol əsərləri "Sphere"də sərgilənən ilk rəssam olub

Refik Anadol “Maşın Hallüsinasiyaları: Kürə” adlı süni intellekt data heykəli ilə Exosphere incəsənət proqramının ilk rəssamıdır. Binanın Exosphere adlanan xarici hissəsi dünyanın ən böyük (54.000 kvadratmetr) birləşmiş LED ekranı hesab olunur. Bu data heykəli 1 sentyabr yayımlanmağa başladı və 4 ay ərzində nümayiş etdirilməyə davam edəcək.

YouTube "Shorts" videolarının populyarlığı bəzi YouTube rəhbərlərini narahat edib

How To Make Youtube Shorts That Get You Instant Engagement

Financial Times-a görə, məşhur YouTuberlər şirkət daxilində keçirilən son görüşlərdə platformaya daha çox gəlir gətirən uzun videoların yoxa çıxma riskini gündəmə gətiriblər. Məlumata görə, artıq daha az uzun videolar paylaşılır və bu şirkətin gələcəyi üçün yaxşı deyil. Uzun videolardan daha çox gəlir əldə edən YouTube bu günlərdə gəlir itkilərinə görə reklam blokerlərini də ciddi şəkildə dayandırmağa çalışır.

Microsoft elan etdi: Windows WordPad-i dayandırır

How to work with WordPad in Windows | Digital Citizen

Microsoft rəsmi olaraq 30 ildir mövcud olan Windows WordPad proqramını dayandırdığını açıqlayıb. Rəsmi açıqlamaya görə, Microsoft artıq WordPad-i yeniləməyəcək və mətn proqramı Windows-un gələcək versiyasından silinəcək. Proqramın günümüzdə çox da istifadə edilmədiyini qeyd etmək olar.

Xiaomi 13T Pro-nun dizaynı və təqdimat tarixi sızdı

Xiaomi 13T Pro: Specs and images leaked ahead of global launch | Mobile News

İlin əvvəlində təqdim edilən Xiaomi 13 seriyasından sonra indi 13T seriyası təqdim edilməyə hazırlaşır. Ən son məlumatlara əsasən, Xiaomi 13T Pro və seriyanın digər üzvləri sentyabrın 16-da təqdim ediləcək. Sızıntıya görə, Xiaomi 13T Pro mavi, yaşıl və qara rəng seçimləri ilə təqdim olunacaq.

Posted 
Sep 4, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All