Azərbaycanda ilə bağlı yeni rəqəmsal məhdudiyyətlər müzakirə olunur.
Milli Məclisdə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı uşaqların sosial şəbəkələrə sərbəst çıxışının məhdudlaşdırılması təklif edilib. Bu məsələ ilə bağlı ayrıca dinləmələrin keçirilməsi və aidiyyəti qurumların cəlb olunması gündəmdədir.
Reklamlarla bağlı dəyişiklik də nəzərdə tutulur. Uşaqların görüntüsünün reklam materiallarında istifadəsi yalnız valideyn razılığı ilə mümkün olacaq.
“Roblox” kimi oyun platformalarında uşaqlar üçün nəzarətsiz mühit risk hesab edilir. Platformalarla razılaşma yolu ilə məhdudiyyətlərin tətbiqi, əks halda isə qanunvericilik tədbirlərinin görülməsi müzakirə olunur.
Daha çox
Breaking News
kateqoriyasından
View All



