Kripto şirkətindən MrBeast-in əyləncə şirkətinə investisiya.
YouTube kontent yaradıcısı MrBeast-ə (Jimmy Donaldson) məxsus Beast Industries kripto şirkəti Bitmine Immersion Technologies-dən 200 milyon dollar investisiya alıb. Razılaşmanın yanvarının 19-da bağlanması gözlənilir.

Bu investisiya ilə şirkətin dəyəri təxminən 5 milyard dollar olaraq qiymətləndirilir. Vəsait əsasən yaradıcıların iştirakı ilə qurulan ticarət layihələrinin böyüdülməsinə yönəldiləcək.
Şirkət eyni zamanda istifadəçilər üçün mərkəzsiz maliyyə (DeFi) məhsulları üzərində də işləməyi planlaşdırır. Bu məqsədlə “MrBeast Financial” adı artıq qeydiyyata alınıb.
Daha çox
Biznes
kateqoriyasından
View All



