Binance Avropa İttifaqında bəzi xidmətlərini məhdudlaşdıracaq.

Binance 1 iyuldan etibarən Avropa İttifaqında bəzi xidmətlərini məhdudlaşdıracağını açıqlayıb. Buna səbəb şirkətin MiCA (Markets in Crypto-Assets) lisenziyasını müəyyən olunmuş müddətə qədər əldə edə bilməməsidir.

Yeni qaydalara əsasən, Binance Aİ-dən yeni istifadəçilərin qeydiyyatını dayandıracaq və mövcud istifadəçilər üçün bəzi xidmətləri məhdudlaşdıracaq. Bununla belə, istifadəçilər rəqəmsal aktivlərini əvvəlki kimi çıxara biləcəklər. Şirkət vəsaitlərin self-custody pulqabılarına və ya digər MiCA lisenziyalı platformalara köçürülməsini tövsiyə edib. Məhdudiyyətlər MiCA qaydalarının qüvvəyə minməsi ilə əlaqədardır. MiCA (Markets in Crypto-Assets) Avropa İttifaqının kripto aktivlər üçün hazırladığı vahid hüquqi çərçivədir. Bu qaydalar kriptobirjaların və digər rəqəmsal aktiv xidmətlərinin Aİ daxilində təhlükəsiz, şəffaf və nəzarətli şəkildə fəaliyyət göstərməsi üçündür.

Bu arada, Revolut və OKX kimi MiCA lisenziyalı platformalar Aİ bazarında yeni istifadəçiləri cəlb etməyə başlayıb. Binancedə isə steykinq və digər xidmətlərin gələcəyi ilə bağlı hələ tam aydınlıq yoxdur.

Posted 
Jun 29, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All