Qadın sahibkarlığının inkişafına töhfə verən “She’s Next Empowered by Visa” qlobal təşəbbüsünün Azərbaycanda keçirilən üçüncü mərhələsi uğurla yekunlaşıb. Layihə Visa və Birbank Biznes (Kapital Bank-ın biznes müştərilər üçün yaratdığı xidmət platforması) tərəfdaşlığı ilə həyata keçirilib.

2025-ci il mayın 16-dan start götürən “She’s Next” təşəbbüsünün əsas məqsədi qadın sahibkarlara təhsil, motivasiya və dəstək verməkdir. Üç aya yaxın davam edən proqram çərçivəsində xanım sahibkarlar üçün “Uğur hekayəni yarat” adlı təhsil və müsabiqə proqramı təşkil olunub. Bu proqram həm yeni, həm də təcrübəli sahibkar qadınların bilik və bacarıqlarını artırmağa yönəlib.

Proqramın sonunda təqdimat mərhələsi keçirilib və iki əsas kateqoriya üzrə (yeni başlayanlar və fəaliyyətini genişləndirmək istəyənlər) üç nominasiya üzrə qaliblər seçilib. Qalib olan iştirakçılara bizneslərini inkişaf etdirmək məqsədilə pul mükafatları təqdim olunub.

Posted 
Jul 16, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All