penAI-dan yeni bir açıqlama gəldi.
“ChatGPT indi görə, eşidə və danışa biləcək"
ChatGPT-dən daha aydın cavab almaq üçün ona şəkillər göndərə biləcəksiniz. Məsələn, velosiped oturacağını aşağı endirmək üçün ondan kömək ala bilərsiniz.
Bu yenilik çatbot ilə qarşılıqlı əlaqənin tezliklə növbəti səviyyəyə keçəcəyini göstərir. Yeni funksiyalar önümüzdəki 2 həftə ərzində istifadəyə veriləcək. Bu sayədə ChatGPT istifadəçiləri mobil proqramlarında (iOS və Android) qarşılıqlı səsli danışa və platformadakı söhbətlərə vizual əlavə edə biləcəklər. Yeniliklərdən ilk olaraq Plus və Enterprise istifadəçiləri yararlana biləcək.
Yeniliklə birgə qarşılıqlı səsli ünsiyyət qurmaq mümkün olacaq.
Səsli ünsiyyət üçün 5 fərqli səs növünün təklif ediləcəyi bildirilib. Lakin hələ ki, hansı dillərin dəstəklənəcəyi barədə konkret açıqlama verilməyib.