S

öhbət botu trendində iştirak edən şirkətlərin sayı günü-gündən artır. Çinin səstanıma və süni intellekt şirkəti “iFLYTEK” də özünün hazırladığı “SparkDesk” ilə bazara daxil olub. OpenAI-ın “ChatGPT”si ilə rəqabət aparacaq süni intellekt modeli ictimaiyyətə rəsmi olaraq təqdim edilib. “SparkDesk” üzərinə düşən vəzifələri uğurla yerinə yetirmiş və tədbir iştirakçılarının müxtəlif suallarını cavablandırmışdır.

Çin en gelişmiş ChatGPT rakibini tanıttı: SparkDesk

Qingfeng bildirib ki, şirkət ingiliscəni anlamaqda ChatGPT-ni, çincəni başa düşməkdə isə OpenAI-ı ötmək niyyətindədir. Yeri gəlmişkən, qeyd edək ki, “iFLYTEK” öz modelini hazırlamaq qərarına gələn yeganə Çin şirkəti deyil. Çin internet nəhəngi Baidu-nun da ChatGPT-yə rəqib olacaq süni intellekt modeli yaratması xəbəri daha əvvəl bilinirdi.

Qarşılayın, “Samsung Galaxy S23” və “S23 Ultra”nın yeni rəng seçimləri.

Ötən fevralda təqdim edilən “Samsung Galaxy S23” seriyası, məlum olduğu kimi, 4 fərqli rəng variantı ilə gəlmişdi: Krem rəngi, Yaşıl, Lavanda və Qara. İndi isə şirkət “Galaxy S23” seriyasından 2 cihaza yeni - “Lime” adlı rəngi əlavə etməyə hazırlaşır. Bu rəng seçimini göstərən görüntülər tipster Guglani tərəfindən irəli sürülüb. Tezliklə satışa çıxarılacağı gözlənilən sarı və yaşıl arasında çalarları olan yeni rəng variantının hansı bazarlarda olacağı hələlik bəlli deyil.

“Google” və “Samsung” Android 14-də bir araya gələcəklər.

How to install the Android 14 beta right now | Trusted Reviews

“Google” və “Samsung” uzun müddətdir ki, müxtəlif sahələrdə birgə işləyirlər. Ən böyük Android telefon istehsalçısı olan “Samsung” bu dəfə Android 14 mərkəzli ortaqlığı ilə gündəmdədir. Hazırda bəzi telefon istehsalçıları batareyanın ömrünü saxlamaq üçün fon proqramlarını söndürməkdə iddialı qərarları ilə fərqlənirlər. Bu, tətbiqlərin nəzərdə tutulduğu kimi işləməməsinə və sonda pis təcrübələrə görə istifadəçilərin tərtibatçıları günahlandırmasına gətirib çıxarır. Məhz bunu dəyişmək istəyən ikili, xüsusilə Android 14 əməliyyat sistemi və OneUI 6.0 interfeysi ilə bağlı prosesə baxışlarını dəyişmək qərarına gəliblər. Yeni dövrdə tərtibatçılar üçün fərqli Android cihazları arasında ardıcıl və problemsiz işləyən tətbiqlər yaratmaq daha asan olacaq və bütün bunlar başlıca olaraq, “Samsung” ilə bərabər ərsəyə gələcək.

Tanınmış simalarla yazışmağa imkan verən “AI” proqramı: Superchat

This AI-powered app lets you chat with historical and fictional characters  | ZDNET

“Superchat” ilə siz Sokrat, Benjamin Franklin və Marie Curie kimi tarixi simalarla, həmçinin Gizmo, Peter Pan və Sherlock Holmes kimi personajlarla ünsiyyət yarada biləcəksiniz. Mart ayında süni intellektlə işləyən tətbiqdaxili istifadəçi xərcləri illik müqayisədə yüksək artım göstərərək, 3 milyon dollara çatıb. Yazışmazdan əvvəl hər bir personaj özünü qısaca təqdim edir. Məsələn, Medusa "Əfsanələrə görə, insanları daşa çevirə bilirəm" deyir. Qeyd etmək lazımdır ki, suallara dolğun cavablar da ala bilirsiniz. Məsələn, Edisonla nisbilik nəzəriyyəsi haqqında danışa bilərsiniz, həmçinin musiqiçidən caz vokal karyerası üçün atılacaq addımları soruşa bilərsiniz.

“Playstation Studios”dan “PixelOpus” gələn ay bağlanır.

Son illərdə “Playstation Studios” markası ilə bir çox oyun və animasiya studiyası alan “Sony” maraqlı addım atıb. Sony-nin verdiyi açıqlamaya görə, “Concrete Genie” və “Entwined” oyunlarının istehsalçısı “PixelOpus” gələn ay bağlanacaq. “Engadget”ə danışan bir “PS” rəsmisi, Playstation Studios-un nəzdindəki studiyaların mütəmadi olaraq portfolio və layihə baxımından qiymətləndirildiyini və bu qiymətləndirmə prosesləri tamamlandıqdan sonra PixelOpus studiyasının iyunun 2-də bağlanacağını deyib. 2014-cü ildə “Sony Interactive Entertainment” altında qurulan “PixelOpus” maraqlı konseptlərdən və sənət üslublarından istifadə edərək, “Concrete Genie” və “Entwined” istehsalı ilə tanınırdı. Studiya gələn ay bağlansa da, “Concrete Genie” Playstation Store-da satışlarını davam etdirəcək. İddiaya görə, studiya “Sony Picture Animation” ilə bir PS5 oyunu üzərində işləyirdi, lakin təəssüf ki, bu oyunu bir də heç vaxt görməyəcəyik.

“Google Messages” süni intellekt dəstəyi alacaq.

This is what happened: Google Messages gets AI support - TechnoPixel

“Google Messages”in məhsuldar “AI” xüsusiyyətlərinə sahib olacağı yenicə gündəmə gəlib. Buraya əlavə olunacaq “Magic Compose” aləti istifadəçilərin “ünsiyyət tərzinə” müdaxilə edəcək və onların mesajlaşma vərdişlərinə uyğun təkliflər verəcək. “9to5Google”un xəbərinə görə, Google Messages-in “Magic Compose” xüsusiyyəti sayəsində istifadəçilər məşğul olduqları və ya cavab verməyə cavab tapa bilmədikləri zaman süni intellektdən kömək alacaqlar. Bundan əlavə, yeni funksiya rəsmi, həyəcanlı, sakit, lirik kimi bir neçə fərqli ünsiyyət variantları ilə görünəcək. Məsələn,

  1. Rəsmi seçildikdə, daha sabit, qeyri-səmimi cavablar;
  2. Həyəcanlı ilə daha emosional cavablar;
  3. Sakit seçimi ilə daha yumşaq və mülayim cavablar;
  4. Lirik olaraq isə poetik cavablar veriləcək.

Bildiyiniz kimi, “Google” müxtəlif süni intellekt alətlərini Gmail, Google Documents Google Sheets proqramlarına inteqrasiya etməyə başlayıb. Bu halda, yeni funksiyanın Google Messages-ə əlavə edilməsi, əlbəttə ki, təəccüblü deyil. Bu funksiyanın nə vaxt elan ediləcəyinə və istifadəçilərə təqdim olunacağına gəlincə, ehtimal ki, bu, mayın 10-da keçiriləcək Google I/O 2023 tədbirində rellaşacaq. 

Planşet satışlarında qlobal azalma var. Bəs hazırda lider kimdir?

Apple iPad review (2022): An expensive facelift | Engadget

“Samsung” yenidən qlobal planşet bazarında 2-ci yeri tutdu, lakin yenə də ən çox “Android” planşet satan şirkətdir. “Apple” indiyədək liderliyini qoruyub saxlamaqda davam edir. “IDC” hesabatına görə, 2023-cü ilin 1-ci rübündə planşet satışları illik müqayisədə 19 % azalıb. Samsung 2023-cü ilin 1-ci rübündə 7,1 milyon planşet satıb. Ötən illə müqayisədə satışlar 14,3 % azalıb. “Apple” 10,8 milyon planşet satıb. Apple-ın satışları 10,2 % azalıb. “Apple”“Samsung”dan sonra “Huawei” gəlir. “Huawei” 2 milyon planşet satıb. Şirkətin təxminən 6,6 % bazar payı var. “Lenovo” keçən il 3 milyon planşet satdığı halda, bu il 1,9 milyon planşet sata bilib. İlk 5-likdə yer alan marka adı Amerikada, xüsusilə “Fire” seriyası ilə məşhur olan “Amazon”dur. Amazonun planşet satışları 1,4 milyon təşkil edir. Azalan göstəricilərə baxmayaraq, panşet satışlarının 2023-cü ilin 2-ci yarısında artacağı gözlənilir. Planşet bazarının təxminən 58 %-ni təşkil edən bazara “Apple” və “Samsung” liderlik edir.

Posted 
May 8, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All