A

zərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cümə günü imzaladığı fərmanla Daxili İşlər Nazirliyi strukturunda yeni idarə yaradılıb. Yeni dəyişiklik ilə DİN nəzdində Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. Kibercinayətkarların qarşısının alınması yönündə son aylarda atılan ən vacib və önəmli addım kimi qiymətləndirə bilərik.

Vətəndaş məmnunluğuna xidmət edən növbəti addım

Həmyerlimiz Hubert Humphrey Tələbə Təqaüd proqramının qalibi olub

Dəfələrlə beynəlxalq yarışlardan nəticə əldə edən, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin tələbəsi Zaur Allahverdiyev 2024-cü il üzrə ABŞ-nin Hubert Humphrey Tələbə Təqaüd proqramının qalibi seçilib. Təqaüdün məbləği 75 000 dollar təşkil edir. Bu proqram dünyanın ən prestijli təqaüd proqramlarından biri sayılır və məzunlar arasında nobel mükafatçıları, müxtəlif ölkələrin prezidentləri belə var. Ona gələcək təhsilində və karyerasında uğurlar arzulayırıq.

Storilərimə kim baxıb? Instagram hekayələrində axtarış edə biləcəksən

Əvvəllər Instagram hekayələrində storilərimizə kimin baxdığını görmək üçün utanmayıb, həya-ar etməyib, oturub siyahını bir-bir nəzərdən keçirirdik. Yeni funksiya sayəsində hekayəni paylaşdıqdan sonra, baxanlar qismində yeni quraşdırılmış axtarış panelinə stolkladığınız şəxsin adını yazmaqla izləyib-izləmədiyini asanlıqla görə biləcəksiniz.

“Twitter”in yeni CEO-su bu gündən kreslosunun başında

Yeni kadr Linda Yaccarino bu gün rəhbərliyi ələ alır. Elon Musk isə diqqətini əsasən “Tesla”, “SpaceX” və digər şirkətlərə yönəldəcək. “Wall Street”ə görə, yeni CEO “Twitter”də biznes əməliyyatlarını idarə etmək üçün əvvəlki iş yerindəki kolleqasını da işə götürür. Xatırladaq ki, L.Yaccarino “NBC Universal”da Qlobal Reklam və Tərəfdaşlıqlar Departamentinin rəhbəri idi və bu vəzifədə reklamdan 100 milyard dollar gəlir əldə edib.

“Windows 11”, nəhayət ki, bu özəlliyi gətirir

Windows 11 Sonunda Beklenen Özelliğe Kavuştu

Oyunçular və prolar üçün ən vacib şeylərdən biri kompüterlərinin saat kimi işləməsidir. Günümüzdə avadanlığın istilik səviyyəsini və fəaliyyətini izləmək üçün “Windows” müəyyən dəstək təmin etsə də, əsl müşahidələri əlavə proqramlar sayəsində aparmaq olurdu. Gözümüz aydın, “Microsoft”un son yeniləməsi ilə “Windows 11”ə CPU və GPU statusunu görməyə imkan verən yeni widget sistemi əlavə olunacaq.

“Gmail” tətbiqinə süni intellekt dəstəyi gəlir

Finding an email in Gmail is going to be a lot easier with "top results",  the AI-enhanced search - Gearrice

“Google” öz məhsullarını təkmilləşdirmək üçün süni intellektin gücündən maksimum istifadə etməyə davam edir. “Gmail” tətbiqinə də machine learning-ə əsaslanan yeni funksiya əlavə olunub. Bu dəstək sayəsində imeyllər və əlavələr arasında axtarış asanlaşacaq. “Top results” funksiyası gələn həftə istifadəçilərə təqdim olunacaq. Qeyd edək ki, yeni dəstək hələlik veb versiyada olmayacaq.

İlk dəfə kosmosdan əldə olunan Günəş enerjisi Yerə ötürülüb

 Kaliforniya Texnologiya İnstitutu 1968-ci ildən bəri masada olan planı ilk dəfə reallaşdırıb. Hələlik eksperimental layihə kimi icra olunan bu uğur çərçivəsində “Caltech”dən bir qrup tədqiqatçı aşağı Yer orbitində olan “Solar Power Demonstrator” əsaslı “MAPLE” ilə günəş enerjisini elektrik enerjisinə çevirib və “Caltech”in Pasadena kampusunda damda quraşdırılmış qəbuledicilərə ötürüb. Qısacası, kosmosda istehsal olunan elektrik enerjisi istifadəyə yararlı formada Yerə gəlib. Bu barədə ötən xəbərlərdə yapon alimlərinin bu layihə üzərində işlədiyini açıqlamışdıq. Yaponiya uzun illərdir ki, günəş enerjisini kosmosdan Yerə köçürmək istəyir və 2025-ci ildə bu təşəbbüsün reallaşmasının canlı şahidi ola bilərik.

Posted 
Jun 5, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All